“Yoluxmaların sayını azalda, vəziyyətə nəzarət edə bilmirik” Paşinyan

“Yoluxmaların sayını azalda, vəziyyətə nəzarət edə bilmirik” Paşinyan

Koronavirus epidemiyası bizim əsas problemimiz olaraq qalır. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.

"Dünən 665 yeni yoluxma hadisəsi aşkarlanıb, biz yoluxmaların sayını azalda, vəziyyətə nəzarət edə bilmirik və bunun səbəbini bilirik. Anti-epidemioloji qaydalara ümumiyyətlə riayət edilmir, bu qaydalara riayət etmək üçün daha sərt inzibati metodlardan istifadə etməyə məcburuq", deyə Paşinyan etiraf edib.

O qeyd edib ki, əgər bir vətəndaş maska taxmırsa və bir polis ona yaxınlaşıb sənədinin olmadığını təsdiqləyirsə, bu iki ayrı cinayət sayılır və iki ayrı inzibati icraat aparılır.

Baş nazir vəziyyətə nəzarət etmək lazım olduğunu vurğulayıb.

“Yenə də insanların əvvəlki kimi bir-birlərinə yaxınlaşdıqlarını göstərən fotoşəkilləri görürük”, deyə Nikol Paşinyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə