Davudoğlu ABŞ və Misirli həmkarı ilə telefonla danışıb

Davudoğlu ABŞ və Misirli həmkarı ilə telefonla danışıb

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə ABŞ-ın dövlət katibi Hillari Klinton arasında telefon danışığı olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı həmkarlar Fələstinin daxilindəki siyasi vəziyyəti və Türkiyənin Liviya üçün hazırladığı yol xəritəsini müzakirə ediblər.

 

Eyni zamanda Davudoğlu Misirli həmkarı Nabil əl-Ərəbi ilə də telefonla danışıb. O, Misirli həmkarı ilə "Fəth" və "Həmas" təşkiltalarının birgə fəaliyyət göstərməsi və gələcəkədə demokratik seçkilərin keçirilməsi üçün münbit mühitin yaranması istiqamətində iki dövlətin yardımları müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə