Baş nazir prezidentin onun yataq otağını izlədiyini iddia edir BOLQARISTANDA

Baş nazir prezidentin onun yataq otağını izlədiyini iddia edir BOLQARISTANDA

Bolqarıstanın baş naziri Boyko Borusov ölkə prezidenti Rumen Radevi pilotsuz uçuş aparatları ilə onu gizli şəkildə izlədiyini iddia edib. SİA xəbər verir ki, bu iddia barədə Bolqarıstanın milli radiosu (BNR) məlumat yayıb.

Qeyd edilir ki, daha öncə sosial şəbəkələrdə Borisovun yataq otağında dincəldiyini əks etdirən fotoları yayılıb. “Prezident Radev bütün sərhədləri keçib və hətta məni çəkmək üçün drondan istifadə edir. O dronu çıxışdakı terrasa qədər aparıb”, deyə baş nazir mətbuat konfransında bildirib.

Borisov hesab edir ki, hökumət tərəfindən geostrateji layihələrin həyata keçirilməsinin, xüsusilə Bolqarıstanın Bank ittifaqı avrozonasına daxil olmasının qarşısını almaq üçün ona qarşı kompromat düzənlənir. İnsidentlə bağlı Milli mühafizə xidməti ictimailəşmiş fotoşəkillərin yoxlanılmasına başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə