Ermənistan hakimiyyəti xalqı asfalta yatızdırır FOTOLAR

Ermənistan hakimiyyəti xalqı asfalta yatızdırır FOTOLAR

Nikol Paşinyan: “Tezliklə biz bəzilərinə qarşı elə güc nümayiş etdirəcəyik ki, onlar yerlərindən tərpənməyə macal tapa bilməyəcəklər”

Ermənistan polisi “Adekvad” ictimai-siyasi təşkilatının sədri Artur Danielyanı və “Vətən” partiyasının idarə heyətinin üzvü Arsen Babayanı və digər şəxsləri saxlayıb. SİA xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri yazır.

Qeyd edək ki, “Vətən” partiyasının rəhbəri Milli Təhlikəsizlik Xidmətinin (MTX) saviq direktoru Artur Vanetsyandır. Buna səbəb hüquq müdafiəçisi Ruben Melikyanın parlament binası qarşısında piket keçirməsi və saxlanılması olub. Məhz bundan sonra siyasi partiya və ictimai təşkilatların təmsilçiləri polisin yerləşdiyi bina qarşısına toplaşaraq etirazlarını bildiriblər.

“Biz tələb edirik ki, vətəndaşların aksiyalarını özlərinə qaytarsınlar. Artıq dörd aydır ki, bu hüquq vətəndaşların əllərindən alınıb”, deyə Melikyan jurnalistlərə bildirmişdi.

Aksiyaya həmçinin bir sıra digər hüquq müdafiəçiləri, eləcə də Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan da qoşulub.
Onu da qeyd edək ki, bu gün Ermənistan hökumətinin iclasında koronavirus pandemiyası ilə bağlı fövqəladə vəziyyətin müddətinin bir ay müddətinə uzadılması da baş verən etirazlara səbəb olub.

Aram Arutunyan: “Nikol, bil ki, biz səni asfalta yatızdıracağıq”

O cümlədən, polislər bu gen “Milli barış” partiyasının lideri Aram Arutunyanı da saxlayıb. O, saxlanılan digər şəxslərin azad edilməsi üçün polis binasına gedib və güc strukturlarını Nikol paşinyandan kənarda dayanmağa, eləcə də qanunsuz əmrlərinə tabe olmamağa çağırıb.

“Nikol, bil ki, biz səni asfalta yatızdıracağıq. Öz ailəni xilas et və get. Haimiyyəti güc yolu ilə saxlamaq olmaz. Bu hakimiyyət ölkəni süquta aparır. Bu hakimiyyət insanları qorxuzmağa cəhd göstərir”, Arutunyan bildirib.

Müxalifətçi lider həmçinin bildirib ki, artıq hər kəs növbəti inqilabın məhz bu gün, burada başladığını bilməlidir.

“Biz qorxmamalıyıq ki, maskasız gəzərsək, polis bizi həbs edəcək. Bu saxlanılmalar qanunsuzdur”, deyə Arutunyan polisi sosial məsafə saxlamağa dəvət edib və ona yaxınlaşmamağı istəyib. Lakin polislər ona sözünü bitirməyə imkan verməyərək, güc yolu ilə saxlayıblar.

Xatırladaq ki, bu gün hökumət başçısı Nikol Paşinyan polisi aşırı güc tətbiq etməyə çağırıb.

“Hesab edirəm ki, son iki ildə Ermənistan polisi və MTX bəzi adamlara qarşı çox az güc sərf ediblər. Tezliklə biz bəzilərinə qarşı elə güc nümayiş etdirəcəyik ki, onlar yerlərindən tərpənməyə macal tapa bilməyəcəklər, Paşinyan aşırı zor gücü tətbiqini icra etmək tələbini irəli sürüb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə