Paşinyan rəsmi haray çəkdi - ŞƏRH ÖZƏL

Paşinyan rəsmi haray çəkdi - ŞƏRH ÖZƏL

"Koronavirus Ermənistanı batırır. Komendaturanın iclasından sonra Paşinyan mətbuat konfransında deyib ki, 200 -ə yaxın viruslu xəstə xəstəxanaya yerləşdirilmək üçün növbə gözləyir, səhiyyə sistemimizin gücü çatmır, artıq iki nəfər ağır xəstə məhz reanimasiyalarda yer olmadığı üçün ölüb.Təsəvvür edirsinizmi, təcavüzkar ölkə 200 xəstəni qəbul etmək üçün çarpayı tapa bilmir. Paşinyan üçün neqativ proseslərin yeni mərhələsi onunla başladı ki, hakimiyyətə gələndə qeyri-real vədlər verdiyi kimi pandemiya başlayanda buna da qeyri-ciddi münadibət göstərdi". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Paşinyan erməni xalqının çox məsuliyyətli və intizamlı olmasını, bu səbəbdən hər şeyin qarşısını ala biləcəklərinə inandığını deyirdi: "Nəticədə pandemiyanın yayılmaslnın qarşısını ala bilməyəcək səviyyədə ağır duruma düşdülər. Hətta Rusiya kimi strateji müttəfiq sayılan ölkənin mediası Paşinyanın pandemiya ilə bağlı fəaliyyətlərinin ölkəyə fəlakət gətirdiyini yazdı. Paşinyanın ideoloqları bunu məlum səbəblərə görə Rusiyanın siyasi yanaşması kimi təqdim etsə də burada heç bir siyasi yanaşma yoxdur və Ermənistanda pandemiyanın tüğyanı real prosesdir".

A.Quliyev vurğulayıb ki, son həftələr baş nazirin komandasından iri istefalar da əsasən bu səbəblə izah olunur: "Erməni cəmiyyəti hazırda Paşinyanın üstünə yeriməyə hazırdır. Həm seçki vədləri yerinə yetməyib, həm də pandemiya ilə ləyaqətli mübarizə aparılmalıb. Bu iki səbəb Paşinyanın iri məmurlarının istefası ilə nəticələndi. Onun komandası dağılmağa üz tutub və qarşısıalınmaz şəkil alıb. Pandemiya ilə yarıtmaz mübarizə onun öz xalqının taleyinə məsuliyyətsiz yanaşmasının bariz nümunəsidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə