Biz kritik vəziyyətə gəldik və indi cəhənnəmdə gəzirik. SİA Ermənistana məsxus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Pashinyan bu gün keçirdiyi brifinqdə deyib.
Qeyd edək ki, baş nazir və ailəsində də koronavirus təsdiqlənib.
“İndi xəstəxanaya yerləşdirmə üçün Ermənistanda növbə gözləyən təxminən 200 xəstə var. Səhiyyə sistemi həddən artıq yüklənir və xəstələri xəstəxanaya yerləşdirməyə vaxt tapmır. Tibbi yardımın gecikməsi səbəbindən insan ölümü ilə bağlı vəziyyət də var. Ümumi palatada olduğu zaman ölüm hadisələri də qeydə alınıb, çünki reanimasiyada da yer yoxdur”, deyə Ermənistanın baş naziri qeyd edib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB