Koronavirusa yoluxanların sayı 7 milyona çatır

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 6 milyon 998 min 191 nəfərə çatıb. SİA "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 402 min 561 nəfərdir. İndiyədək 3 milyon 421 min 318 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə