"Ölkəmizin başı üzərindən qara buludların tezliklə dağılacağına inanıram" ÖZƏL-MÖVQE

"Covid-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ölkə başçısı İlham Əliyevin ardıcıl tapşırıqları, hökumətin qəbul etdiyi qərarlar, əhalinin “Biz Birlikdə Güclüyük” çağırışına qoşulması ilə vəziyyəti tam nəzarət altında saxlamaq mümkün olub. Xüsusi ilə karantin rejiminin tətbiqi, mütəxəssislər tərəfindən vəziyyətə dair mütəmadi qaydaların hazırlanması, Azərbaycanda daha çox insanın bu virusa yoluxmasının qarşısını alıb. Lakin, son həftə ərzində 1000-ə yaxın vətəndaşda koronavirusun aşkarlanması, 70 nəfərin ölüm faktının qeydə alınması, karantin rejiminin yenidən sərtləşdirilməsini zəruri edib". Bunu SİA-ya millət vəkili Məzahir Əfəndiyev deyib.

Deputatın sözlərinə görə, hazırlanmış yeni qərara əsasən həftəsonu tam qapanma qərara alınıb və vətəndaşların sağlamlığının qorunması naminə bu qərara tam ciddiliyi ilə əməl olunmasının vacibliyi qeyd olunub: "Ölkə rəhbəri İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır və sağlamlığımızı qorumaqla digərlərinin də yoluxmasının qarşısının alınmasında məsuliyyətli olmalıyıq: "Ölkəmizdə maskaların və tibbi spirtin, habelə ərzaq ehtiyyatının kifayət qədər olması, vəziyyətin tam hökümət tərəfindən idarə olunması, vətəndaşlarımızda heç bir narahatçılığa əsas olmadığını bir daha vurğulayıram. Azərbaycan vətəndaşlarına, seçicilərimə, bacı və qardaşlarıma bir daha müraciət edərək həftəsonları evdən çölə çıxmamalarını tövsiyyə edir və ölkəmizin başı üzərində olan qara buludların tezliklə dağılacağına inanıram".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə