Radikal müxalifətin saxta “Cümhuriyyət” sevdasını ifşa edən faktlar

Təqvim ili ərzində bir neçə gün vardır ki, ölkədə özünü müxalifət adlandıran radikal kəsimin yadına həmin günlər ərəfəsində Cümhuriyyət, xüsusilə də Məhəmməd Əmin Rəsulzadə düşəsi olur. Bu adamlar əslində həmin günlərdə gündəmə gələ bilmək üçün özlərini Rəsulzadə ilə reklam etməyə çalışırlar. Nə maraqdırsa, tək Rəsulzadə ilə! Azərbaycan Xalq Cümhuriyyətinin digər qurucularını isə ya heç xatırlamır, ya da ki, xatırlamaq istəmirlər. Bu adamlara ciddi şəkildə Cümhuriyyət dönəmi haqqında bir neçə sual versən əksəriyyəti həmin suallar qarşısında aciz qalarlar. Gəl ki, ümumi sözlər və siyasi maraqları çərçivəsində özlərinə sərf edən formada boş-boş danışır, sanki Rəsulzadənin yaxın qohumları kimi özlərini qələmə verməyə çalışırlar. Daha anlamırlar ki, Rəsulzadə və Cümhuriyyət qurucusu olan digər şəxslər hər bir azərbaycanlı üçün eyni bir dəyərlərdir.

Bu adamlar sadəcə “Cümhuriyyət” və “Rəsulzadə” sözlərindən istifadə edərək siyasi maraqlarını təmin etməyə çalışır, Azərbaycan dövlətini, Azərbaycan iqtidarını Azərbaycan Xalq Cümhuriyyətinə dəyər verməməkdə ittiham etməyə çalışırlar.

Ancaq tarixi faktlar və yaxın keçişimizdə baş verənlər bu adamların yalanlarını üzə çıxarmış olur. Həmin faktlardan bir neçəsini isə qeyd etmək mütləqdir ki, bu anti-milli ünsürlər də görsünlər!

-17 noyabr 1990-cı ildə xalq deputatı Heydər Əliyevin sədrliyi ilə keçən muxtar respublika Ali Məclisinin birinci sessiyasında ilk növbədə "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsis edildi.

- Naxçıvan Ali Məclisinin sədri olarkən ulu öndər Heydər Əliyev 1992-ci ilin mart ayının 22-də Anakarada M.Ə.Rəsulzadənin məzarını ziyarət etmişdi.

Ulu öndər Heydər Əliyev ölkə prezidenti olarkən də dəfələrlə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcılıarı haqqında öz fikirlərini bölüşmüş, 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubleyinə həsr olunmuş ümumrespublika mərasimin keçirilməsi haqqında Sərəncam imzalamış, çox böyük yubley mərasimi keçirilmiş və mərasimdə ulu öndər Heydər Əliyev geniş və əhatəli nitq söyləmişdi.

- 2007-ci ildə Bakıda İstiqlal abidəsinin açılışı olmuş və prezident İlham Əliyev hər il 28 may Respublika günündə həmin abidəni ziyarət edir.

- Cənab Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileylərinininin keçirilməsi haqqında Sərəncamlar imzalamış və yüksək səviyyəli yubley tədbirləri keçirilmişdir.

- 2018-ci ildə cənab prezident İlham Əliyevin müvafiq Sərəncamıları ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmiş və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyi ölkəmizdə çox geniş formada qeyd olunaraq hər bir sahədə yubley ili çərçivəsində mədəni-kütləvi tədbirlər təşkil olunmuşdur.

- 2018-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filmi çəkilmişdir.

Bu yuxarıda qeyd olunanlar ölkəsini, dövlətini sevən bir şəxs kimi xatırladıqlarımdır. Cənab prezident İlham Əliyevin "Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" cümləsini xatırlamaq müstəqil Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi dəyərlər hqqında sadlanan bu faktlara sanki öz möhürünü vurmuş olur.

Özünü müxalifət adlandıranlar nə ediblər bəs? İldə iki dəfə Novxanıya yürüş edib, Rəsulzadənin büstü qarşısında siyasi maraqları çərçivəsində Azərbaycan dövlətinə qarşı həqarət dolu fikirlər səsləndirmək, Sevinc Osmanqızı kimilərinin maddi maraqları naminə Rəsulzadənin şəkillərini hər hansı bir geyim üzərində 13 avroya satışa çıxarmaq kimi cəhdləri əslində Rəsulzadə və eləcə də Cümhuriyyət qurucusu olan digər şəxslərin ruhlarını incitmək, Azərbaycanın dövlətçilik tarixinə qarşı xəyanət etməkdir.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının baş məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...