"Taliban" həbsxanadan qaçan məhkumlarla bağlı açıqlama verib

"Taliban" həbsxanadan qaçan məhkumlarla bağlı açıqlama verib

"Taliban" Əfqanıstanda 478 militanının həbsxanadan qaçması haqda açıqlama verib.

SİA-nın xəbərinə görə, örgütün sözçüsü Qəndəhar əyalətində, həbsxana yaxınlığındakı bir evdən qazılan 360 metr uzunluğundakı tuneldən yüzlərlə militanın qaçdığını açıqlayıb.

Təhlükəsizlik qüvvələri qaçan çəhkumları tapmaq üçün geniş miqyaslı əməliyyat başladıblar.

Ancaq indiyə qədər yalnız bir neçə məhkum yaxalana bilib.

Kabuldan verilən şərhlərdə isə məhkumların həbsxana çalışanlarından yardım almadan tunel qazmalarının mümkün olmadığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə