Sumqayıt məktəbliləri arasında keçirilən kimya olimpiadasına yekun vurulub
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə "Beynəlxalq kimya ili" çərçivəsində Sumqayıt şəhər məktəbliləri arasında keçirilən kimya olimpiadasına yekun vurulub. Qurumdan SİA-ya verilən xəbərə görə, şəhərin 33 məktəbindən 150-dən artıq şagirdin iştirak etdiyi olimpiada iki aya qədər davam edib. Fənn olimpiadasının nəticələri nüfuzlu münsiflər heyəti tərəfindən diqqətlə araşdırılmış və qaliblər müəyyən edilib. Üç mükafata layiq yerin hər biri üzrə 7 nəfər məktəbli qalib elan olunub. Daha 4 nəfər gənc kimyaçı isə həvəsləndirici mükafatlara layiq görülüb. Qaliblərə "Azərikimya" İB-nin diplomları və qiymətli hədiyyələri təqdim olunub.
"Azərikimya" İstehsalat Birliyində məktəblilərlə keçirilmiş görüşdə Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış edərək olimpiadanın qaliblərini təbrik etmiş, onlara yeni uğurlar arzulayıb. Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vidadi Bağırov, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, tanınmış kimyaçı alim, professor Mustafa Salahov, həmçinin məktəb direktorları çıxış edərək, kimya elminin təbliği və inkişafına göstərilən diqqət və qayğıya görə "Azərikimya" İB-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB