"Erməniləri yeni nizama uyğun hərəkət etməyə məcbur edəcəyik" ŞƏRH-ÖZƏL

"Erməniləri yeni nizama uyğun hərəkət etməyə məcbur edəcəyik" ŞƏRH-ÖZƏL

“Ermənistanın qondarma rejimin "andiçmə" mərasimini Şuşada təşkil etməsinin məqsədi Azərbaycanı qıcıqlandırmaq, ermənilərin boş beyninə isə “biz hər şeyə qadirik” formulunu yerləşdirməkdən ibarətdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Ermənistan bu addımı ilə dünya beynəlxalq ictimai rəyə meydan oxuyur: “İşğalçı ölkə BMT-nin məlum qətnamələri ilə yanaşı, beynəlxalq münasibətdə qəbul edilən qərarlara qarşı çıxmaqla saymamazlıq, həqarət nümunəsi göstərməyə çalışır. Biz sözlə ifadə etsək azğınlaşmış, əxlaq və birgəyaşayış qaydalarını tamamilə unutmuş, Baş nazirindən sıravi vətəndaşına qədər siyasi dələduzluq səviyyəsinı enmiş bir toplumla qarşı-qarşıyayıq”.

Politoloq söyləyib ki, onların gündəlik davranışları təxribatlar, başqa xalqlara aşağılayıcı münasibət göstərmək, bir sözlə bölgədə aranı qarışdırmaq, bulanıq suda balıq tutmaqdan ibarətdir: “ Ermənistan tərəfinin bu addımları mənəviyyatını əxlaqını itirən bir xalqın hərəkətləridir. Əminəm ki, bu xalqa dur deməyin vaxtı çatacaq. Əgər beynəlxalq təşkilat və ictimai rəyin onlara dur deməyə gücləri çatmazsa, başda Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqı işğalçıya öz yerini, həddini göstərəcək”.

Q. Hüseynli qeyd edib ki, yaramaz ermənilər tezliklə öz layiqli cavablarını alacaqlar: “Bunu qüdrətli ordumuzun hərəkətləri ilə yerinə yetirəcəyik. Azərbaycan ordusu bu gün sözün hər bir mənasında Ermənistanı diz çökdürməyə, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadirdir. Sadəcə olaraq müəyyən geosiyasi məqamların yetişməsi, dünya ictimai rəyinin bu məsələdə ağı-qaradan daha tez və cəld ayrıması zamanı çatmalıdır. Ölkə başçısı İlham Əliyevin yüksək diplomatik səyləri nəticəsində bu istiqamətdə iş aparılır. Dünya bölgədəki real həqiqətlərlə tanış olur. Nəticə etibarı ilə gözüdönmüş erməniləri yeni dünya nizamına uyğun hərəkət etməyə məcbur edəcəyik. Haqq bizim tərəfimizdədir və Azərbaycan işğal olunmuş torpaqlarının geri qaytarılması və burada erməni özbaşınalığına son qoyulmasını istəyir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə