REAL funksionerindən “Milli Şura”ya İRONİYA

REAL funksionerindən “Milli Şura”ya İRONİYA

"Zəvzək-zəvzək bəyənib-paylaşan, "var olun" yazanlara nə deyəsən?! "

REAL partiyasının icraçı katibi Natiq Cəfərli son günlər siyasi ictimai rəyin ən çox danışılan və gülüş doğuran məsələyə - "Milli Şura"nın "zoom" toplantısında üzə çıxan olaylara özünəməxsus münasibətini açıalayıb. SİA xəbər verir ki, rüsvayçılıq və tərbiyəsizlik halları, eyni zamanda "millətçilik" mövzuları ilə müşahidə edilən virtual toplantıya AXCP və "Milli Şura"nın trolları necə deyərlər, "bəh-bəhlə", "bəytərifləri" yazırlar. Bu məsələdə AXCP sədrinin əlinin olması isə şübhəsizdir.

"Adamlar var ki, 6 qoyundan 6 aya heç motal pendiri ala bilməz..."

Məhz bu mövqedən çıxış edərək, özünün Facebook səhifəsində starus yazan REAL partiyasının funksioneri qeyd edib ki, çoxdandır belə mənasız və içiboş populizmin şahidi olmayıb. SİTAT: "Çoxdandır facebook-da bu qədər əttökən, mənasız, içiboş populizm görməmişdim. Adam mat qalır, zəvzək-zəvzək danışanları başa düşdük, güya, millətin həssas damarına toxunmaq istəyirlər, bəs onları bəyənib-paylaşan, "var olun" yazanlara nə deyəsən?! Adamlar var ki, 6 qoyundan 6 aya heç motal pendiri ala bilməz, deyir Qarabağı alacam. Nə bilim ala..."

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə