"Çinin hərbi qüdrətini artırması Amerikanın da maraqlarına xidmət etmir" ÖZƏL-MÖVQE

"Çinin hərbi qüdrətini artırması Amerikanın da maraqlarına xidmət etmir" ÖZƏL-MÖVQE

Yaponiya Müdafiə Nazirliyi kosmosdakı Yaponiya peyklərini hücumlardan qorumaq üçün ilk kosmos əməliyyat idarəsi yaradıb. Artıq kosmos əməliyyat donanması rəsmi olaraq fəaliyyətə başlayıb. Yeni donanma kosmosdakı yapon peyklərini yararsız peyklər və yad qurğulardan qorumalıdır. Məsələ ilə bağlı SİA-ya açıqlama verən politoloq Elxan Şahinoğlu bunları deyib: "Kosmosda fəallığın artması böyük dövlətlərin rəqabəti ilə bağlıdır. Süni peyklərə görə ABŞ, Çin və Rusiya arasında ciddi rəqabət var. Yaponiya da bu rəqabətə qoşulub. Düzdür, İkinci dünya müharibəsindən sonra ABŞ Yaponiyaya silahlı qüvvələr saxlamağı qadağan edib. Yaponiya Çinin böyüməsindən, hərbi qüdrətinin artırmasından narahatdır. Buna cavab olaraq Yaponiya özü də kosmik fəzaya süni peyklər göndərməyi və bundan da hərbi məqsədlər üçün istifadə etməyi düşünür. Bu məsələdə ABŞ Yaponiyaya heç bir qadağa irəli sürə bilməz. Əksinə əməkdaşlıq mümkündür. Çünki Çinin bölgədə böyüməsi və hərbi qüdrətini artırması Yaponiya ilə yanaşı Amerikanın da maraqlarına xidmət etmir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə