"Gürcüstanın hesabatında şok nəticələr qeyd olunur" ÖZƏL-MÖVQE

"Gürcüstanın hesabatında şok nəticələr qeyd olunur" ÖZƏL-MÖVQE

"Gürcüstan xüsusi xidmət orqanları qonşu ölkədəki vəziyyətlə bağlı ötən il üçün hesabat yayıb. Hesabatda şok nəticələr qeyd olunur!". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, hesabatda bildirilir ki, ötən illər ərzində Keşikçidağ ətrafında baş verən hadisələrdə xarici xüsusi xidmət orqanlarının əli var idi: "Belə ki, xarici xüsusi xidmət orqanları Gürcüstan ərazisində Azərbaycana qarşı informasiya müharibəsi tətbiq etmişlər.

Beləliklə, zaman hər məsələni yerinə qoyur. Bizim sərhədçilərimizin provokasiyaya getməmələri, Bakının soyuqqanlılıq nümayiş etdirməsi nəticəsində udan tərəf biz olduq. Belə ki, Keşikçidağ ərazisi artıq təmamilə bizim sərhədçilərimiz tərəfindən qorunmaqdadır...

Azərbaycana qarşı xarici ölkələrin, o cümlədən Ermənistanın oyuncağına çevrilən siyasi partiyalar və QHT-lər kifayət qədərdir. Onlardan ən əsaslarını qeyd edirəm:

1. "Gürcüstan vətənpərvərlər alyansı". Alyans ötən il sərhəddə və Batumidə anti-Azərbaycan və anti-türk piketlər etmiş, şüarlar qaldırmışdır.

2."Leyboristlər partiyası". Leyboristlər partiyasının lideri birbaşa olaraq Azərbaycana qarşı təxribatın aparıcı siması olmuşdur.

3. "Qalib Gürcüstan" partiyası. Sədr İrakliy Okruaşvili. Onun da keçən il klounluq etməsi hamımızın yadındadır. Bu ilin aprel ayında 4 illiyinə həbs edilib.

4."Gürcü marşı" hərəkatı. Siyahını davam etdirmək olar....".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə