"Azərbaycan Amerika üçün əhəmiyyət kəsb edir" ŞƏRH-ÖZƏL

"Azərbaycan Amerika üçün əhəmiyyət kəsb edir" ŞƏRH-ÖZƏL

“ABŞ Prezidenti Donal Trampın Azərbaycan Prezidenti İlham Əliyevə 28 may - Respublika Günü münasibətilə göndərdiyi təbrik məktubunda ölkəmizin suverenliyi məsələsinin xususi vurğulanması Amerikanın ölkəmizin ərazi bütövlüyünə dəstəyinin ifadəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Təbrik məktubunda beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolu və töhfələrinin yüksək dəyərləndirildiyini deyən politoloq söyləyib ki, Azərbaycan TANAP, TAP layihələri ilə Amerikanın planlarına uyğun fəaliyyət göstərir: “Bu, enerji sahəsində əməkdaşlıqdır. Enerji sahəsində əməkdaşlıq 1994 -cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” ilə başlanıb. Ümumiyyətlə, Amerika enerji layihələrində Amerika maraqlıdır. Təhlükəsizlik əməkdaşlığına gəlincə isə Azərbaycan Amerika üçün bir çox dövlətlər baxımından əhəmiyyət kəsb edir”.

Təhlükəsizlik əməkdaşlığına gəlincə, N.Məmmədova qeyd edib ki, Azərbaycan Amerika üçün bir çox dövlətlər baxımından əhəmiyyət kəsb edir: “Bu ökələr, əsasən, Rusiya, İran və Çindir. Yəni bu 3 ölkə ilə Amerikanın çox mənfi münasibəti var. Azərbaycan elə bir regionda yerləşir ki, həm İranla, həm Rusiya ilə münasibətə görə, eyni zamanda, Çinin Böyük İpək Yolu layihəsində iştirakı baxımından Amerika üçün əhəmiyyət kəsb edir. Bu baxımdan da təhlükəsizlik əməkdaşlığı deyiləndə yəqin ki, bunları nəzərdə tutur. Eyni zamanda Azərbaycan Rusiyanın təzyiqlərinə baxmayaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqına daxil olmayıb. Qoşulmama Hərəkatında öz bitərəfliyini saxlayır. Bu da Amerka üçün hər halda müsbət sayılar. Çünki Azərbaycan Rusiyanın egidası altında olan təşkilatlara üzv deyil və olmayıb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə