Nazir: “Prezidentin tapşırığından sonra məktəblərin təmir-tikintisi ilə bağlı 3 illik proqram hazırlanaraq hökumətə təqdim olunub”

Nazir: “Prezidentin tapşırığından sonra məktəblərin təmir-tikintisi ilə bağlı 3 illik proqram hazırlanaraq hökumətə təqdim olunub”
"Hazırda "İlin ən yaxşı məktəbi" və "İlin ən yaxşı müəllimi" müsabiqəsinin son mərhələsi davam edir. "İlin ən yaxşı məktəbi" müsabiqəsi artıq bitib, indi "İlin ən yaxşı müəllimi" müsabiqəsi davam edir". SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, mayın sonuna kimi müəllim müsabiqəsi də başa çatdırılacaq. Son mərhələdə 217 müəllimin iştirak etdiyini deyən nazir vurğulayıb ki, hər gün nazirlikdə münsiflər heyəti 11 müəllimin təqdimatına baxır. Qaydaların kifayət qədər sərt olduğunu deyən M.Mərdanov qeyd edib ki, hər il 200 min müəllimin içərisindən 100 ən yaxşı müəllimi, həmçinin 5 minə yaxın məktəbin içərisindən 50 ən yaxşı məktəbi seçmək o qədər də asan deyil.

Məktəblərin tikintisi, əsaslı təmiri məsələsinə də münasibət bildirən M.Mərdanovun sözlərinə görə, cənab prezidentin tapşırığı belədir ki, 2013-cü ilin sonuna kimi Azərbaycanda pis vəziyyətdə olan təhsil müəssisəsi qalmamalıdır: "Prezidentin tapşırığında sonra 3 illik proqram hazırlanaraq hökumətə təqdim olunub. Bu günlərdə proqram təsdiq olunduqdan sonra onun icrasına başılayacağıq. Bu tikintilər hökumətin büdcəsindən, investisiya xərclərindən ayrılan maliyyə hesabına həyata keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə