Azərbaycanlılarla bağlı iddiaları Paşinyanın zəka qıtlığından irəli gəlir - ŞƏRH ÖZƏL
“Paşinyan kifayət qədər qeyri-adekvat bir şəxs olduğu üçün ondan hər şey gözləyirəm. Paşinyanın hazırki məqsədi diqqəti yayındırmağa xidmət edir. Onun babası ilə bağlı məsələlər gündəmə gəlib və buna görə də Paşinyan çox narahatdır. Bildiyimiz kimi Paşinyanın babası həqiqətən də faşist dəstələrində vuruşub. Əslində digər vacib bir məsələni də gündəmə gətirmək lazımdır. Belə ki, Paşinyanın babası ilə bərabər macar əsilli erməni Salasyan da faşist Almaniyasının tərkibində vuruşub. Bu tarixi faktdır və bunu danmaq mümkün deyil”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloqun sözlərinə görə, azərbaycanlıların orada vuruşması məsələsinə gəldikdə isə faşistlərə əsir düşən hər bir millətdən olan nümayəndələri həm qorxudur, həm də onların ailələrin məhv edildiyini deyərək onları faşist dəstələrində savaşmağa məcbur edirdilər: “Bu əsir dəstələrinin tərkibində isə tək azərbaycanlılar yox, əsasən ukraynlar, belaruslar, baltikyanı ölkələrin hər birindən, qazaxlar, özbəklərdən ibarət əsir dəstələri olub. NKVD-nin smerş qrupları vardı və həm qruplar gedib bu cür əsirlər arasında ailələrinin SSR tərəfindən məhv edilməsi ilə əlaqədar informasiyalar yayırdılar. Azərbaycandan vuruşmağa gedənlərin çoxu kənd əhalisi idi və onlar 1937-ci il repressiyalarını görən şəxslər idi. Ona görə də onlar ailələrinin məhv edilə biləcəyinə şübhəsiz inanırdılar. Bu səbəbdən də elə həmin əsirlərə də SSR-nin dağılması maraqlı idi. Heç bir xalq deyə bilməz ki, onlardan kimsə Almaniyada SSR-yə qarşı vuruşmayıb”.
C.Nuriyev vurğulayıb ki, amma Azərbaycandan elə bir lider olmayıb ki, onlara rəhbərlik etsin: “Paşinyan Məmməd Əmin Rəsulzadə ilə şəkil montaj edib paylaşıb. Görün bu adam nə qədər qeyri-ciddi biridir və düşünün belə biri Ermənistanın baş naziridir. Əvvala bu şəkil fotoşopdur, ikincisi Məmməd Əmin Rəsulzadə əgər o hadisələrin içində iştirak etsəydi, Nrünberq məhkəməsində Salasyan yox, Məmməd Əmin Rəsulzadə oturardı. Məmməd Əmin Rəsulzadə o vaxt əsir düşən azərbaycanlıları Türkiyənin xətti ilə almanların əlindən alaraq nə qədər insan xilas edib. Məmməd Əmin Rəsulzadə əksinə o əsirləri qoymayıb ki, faşist dəstələrində vuruşsunlar. Onun da bir ideyası olub ki, mən istiqlalımız uğrunda mübarizə aparıram. Ona görə Paşinyanın bu addımı uğursuzluğa düçar olub. O adamdan hər şey gözləmək olar, çünki gecə yatır ağlına nə gəlirsə, səhər də onu edir. Bu adamın psixoloji problemləri var. Ona görə, Paşinyanın dedikləri, hansı addımı atması məni təəccübləndirmir. Çünki adam 2 ildi baş nazirdi və deyir ki, ortada Qarabağla bağlı danışıqlarda hər hansı bir sənəd yoxdur. Görün Paşinyan nə qədər məsuliyyətsiz, nə qədər geri zəkalıdır ki, bu tip çıxışlar edir. Azərbaycanlıların SSR-yə qarşı vuruşması və Rəsulzadə ilə bağlı iddiaları onun zəkasının qıtlığından irəli gəlir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB