Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlər mövcuddur"

Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlər mövcuddur"

Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlər mövcuddur. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın "Moskva Xəbərləri" qəzetinə verdiyi müsahibəsində deyib. O, qeyd edib ki, hazırda münaqişə üzərində status-kvonun saxlanılması regionda eyni zamanda münaqişə ətrafında vəziyyəti gərgin olaraq saxlayır: "Hazırda çoxlu sayda məcburi qaçqın və köçkün var. Eyni zamanda hərb variantının gündəmdə olması çox ciddi bir faktordur. Məhz bu fonda bəlli olur ki, status-kvonun saxlanılması müsbət heç nə vəd etmir. Həmçinin heç vaxt Dağlıq Qarabağı "dondurulumuş münaqişə" adlandırmaq olmaz. Əgər biz hər gün təmas xəttində partlayışların, atəşkəs rejiminin pozulmasının şahidi oluruqsa necə bunu "dondurulmuş münaqişə" adlandırmaq olar? İşğal olunan ərazilərdə hərbi avadanlıqların yerləşdirilməsi, ağır hərbi potensialın çoxaldılması sonsuzluğa aparır. Ancaq bu kimi hallar atəşkəs hallarının daha aktivləşməsinə, yəni sonsuzluğa aparır. Digər tərəfdən isə ermənilərin heç vaxt yaşamadığı ərazilərdən didərgin düşən 700 mindən çox azərbaycanlı var. Onlar münaqişənin həllini tələb edirlər".

 

Daha sonra Elmar Məmmədyarov qısa sualları cavablandırıb:

" - Onların geriyə dönəcəklərinə inanırsınızmı?

- Əlbəttə inanıram.

- Lakin tarixdə bəzən elə olur ki, böyük köç edənlər geri qayıtmır?

- Olmasa da belə, bu tarixi nədənsə başlamaq lazımdır"

 

Xarici siyasət idarəsinin rəhbəri həmçinin sonuncu üçtərəfli görüşə də toxunub: "Mən həmişə rusiyalı həmkarım Sergey Lavrovla mütəmadi əlaqə saxlayıram. Eyni zamanda münaqişənin həllində yaxından iştirak edən Rusiya prezidenti Dmitri Medvedevin də prezident İlham Əliyevlə gözəl münasibəti mövcuddur. Görüşlər mütəmadi olaraq keçirilir və əsas mövzu münaqişənin həlli yolları olur. Bu əvvəllərdə belə olub. Lakin hazırda Rusiya prezidenti Dmitri Medvedev münaqişənin həllində yaxından iştirak edir və tərəflərin münaqişənin həllində mövcud olan münasibətindən xəbəri var və tam səmimiyyətlə istəyir ki, bu və ya digər formada münaqişənin donmaması və həlli üçün köməklik göstərsin".

Bütün xəbərlər Facebook səhifəmizdə