Yaponiyada baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı 14 mini keçib

Yaponiyada baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı 14 mini keçib
Yaponiyada mart ayında baş verən zəlzələ və sunami və daha sonra tez-tez təkrarlanan zəlzələlər nəticəsində 14 min 300 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl həlak olanların sayının 11 min 150 nəfər olduğu bildirilmişdi.

İtkin düşənlərin sayı 11 min 999 nəfərdir. Ən çox həlak olan Miyaqidə 8 min 644, İvatedə 4 min 154, Fukusimada isə 1439 nəfər qeydə alınıb. Miyaqidə 6 min 913, İvatedə 3 min 514, Fukusimada isə min 568 nəfər itkin düşüb.
Xatırladaq ki, martın 11-də Yaponiyada 9 bal gücündə zəlzələ və sunami baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə