Anar Məmmədxanov vəfat edib

Milli Məclisin keçmiş üzvi, "Bakılı Oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanov vəfat edib. SİA-nın məlumatına görə, onun ölümünə səbəb qəfil ürəktutması olub.

Xatırladaq ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdur. Avrasiya Radio və Televiziya Akademiyasının üzvüdür. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Evli idi, 3 övladı var.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə