“Gültəkin sosial şəbəkədəki səhifəsində üzr istəməyə məcbur olub” RƏY-ÖZƏL

“Gültəkin sosial şəbəkədəki səhifəsində üzr istəməyə məcbur olub” RƏY-ÖZƏL

“Biabırçılıq və rəzillikdir. Bir siyasətçi adına qətiyyən yaraşmayan haldır, rüsvayçılıqdır, səviyyəsizlikdir. Ayıb olsun. Görün hakimiyyət iddiasında olan adamlar hansı leksikonla, jarqonla danışırlar. Görün qadın olan tədbirdə kişi hansı söyüşü dilə gətirir. Görün bunlar hara qədər eniblər ki, artıq küçə söhbətlərini düzənlədikləri rəsmi tədbirlərə transfer ediblər”. Bunu SİA-ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev radikal müxalifətin cəmləndiyi “Milli Şura”nın Koordinasiya Mərkəzinin dünən keçirilən videokonfransında səslənən ifadələrə münasibət bildirərkən söyləyib.

E.Musayevin sözlərinə görə, videokonfransda Gültəkin Hacıbəylinin səsləndirdiyi anormal fikirlərə hamı məsxərə ilə yanaşır və gülürlər: “Hamı bu haqda danışır. Saytlar, sosial şəbəkələr, fərdi səhifələr. Hamı və hamı! Hər kəs Gültəkinin ağzından çıxan sözlərdən, başqa birinin dilindən səslənən söyüş qarşılığında yenə həmin Gültəkinin gülüşlə, qəhqəhə ilə verdiyi cavabdan danışır. Hər kəs bunların rəzalətindən, bitmişliyindən, primitivliyindən, adiliyindən danışır. Hər kəs “Milli Şura”nın rəhbərliyinin üfunət qoxan, təhqir saçan, küçə sözləri ilə cilalanan müzakirəsindən, dialoqundan danışır. Sonra da orda-burda yekə-yekə deyirlər ki, filan qlobal məsələ ilə bağlı tədbir keçirdik. Budur sizin qloballığınız? Budur sizin mövzu predmetiniz? Lağlağıya, qaraguruh sərsəmləmələrinə siz tədbir deyirsiz? Görün vəziyyət nə yerə gəlib ki, kompleksli, dikbaş, özündən müştəbeh Gültəkin video yayılandan sonra sosial şəbəkədəki səhifəsində üzr istəməyə məcbur olub. Deyib ki, emosional, gərgin durumda olduğum üçün belə ifadə işlətmişəm. Ay qız, nə emosionallıq, nə gərginlik? Davamlı qəhqəhəndən ağız söyləyəni qulaq eşitmirdi. Hamı gözləyirdi ki, gülüb qurtarasan, sonra video konfrans əhli öz ənənəvi söyüş ritorikasına davam eləsin. Və ya sənin hələ emosional, gərgin vəziyyətin budursa qeyri-emosional halın nədir, necə olur bəs, ay Gültəkin Hacıbəyli? Həqiqətən sözün bitdiyi yerdir. Artıq leksikonumuzda bu ünsürləri təsvir edəcək kəlmə belə qalmayıb. Bata bildikcə batırlar. Ucuzlaşa bildikcə ucuzlaşırlar və nə qərib ki, özlərindən başqa hamı bunun fərqindədir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə