Heydər Əliyev Fondu Pakistandakı talassemiya xəstələrinə hədiyyə göndərdi
Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə və Səfirliyinin əməkdaşları İslamabaddakı Sundas Talassemiya Mərkəzini ziyarət edərək orada xəstələrlə görüşüb və Heydər Əliyev Fondunun tibbi ləvazimatlarını, qida paketləri və hədiyyələrini Mərkəzə təqdim ediblər. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə öz “facebook” səhifəsində qeyd edib.
“Bütün maliyyə və diqqətin koronavirusa yoluxmuş insanlara yönəldiyi bu ağır pandemiya dövründə bu böhrandan həmçinin əziyyət çəkən Sundas Talassemiya Mərkəzini ziyarət edərək orada xəstələrlə görüşməkdən və Heydər Əliyev Fondunun dəstəyi ilə alınmış bəzi tibbi ləvazimatları, qida paketləri və hədiyyələri mərkəzə təqdim etməkdən məmnun olduq. Dəstək üçün Heydər Əliyev Fonduna təşəkkürlər”, - deyə səfir öz şəxsi hesabında qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB