YAP icra katibi: “Azərbaycan vətəndaşları radikal müxalifətin mitinqçilik əhval ruhiyyəsini qəbul etmək istəmir”
Azərbaycanda gedən sürətli inkişaf hər bir vətəndaşın, eyni zamanda Azərbaycanın dövlətçilik maraqlarına xidmət edir. SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəliki Əli Əhmədov jurnalistlərə açıqlamasında radikal müxalifətin son aksiya cəhdlərinə münasibət bildirərkən deyib.
Azərbaycan vətəndaşlarının prezident İlham Əliyevin apardığı siyasəti qətiyyətlə dəstəklədiyini deyən icra katibi bildirib ki, bugünkü Azərbaycan reallıqları aparılan uğurlu siyasətin nəticəsidir: "Azərbaycan vətəndaşları ölkənin inkişafını, həmin siyasətin ardıcıl surətdə davam etdirilməsində görür. Müxaliftə isə Azərbaycanın reallıqlarından çıxış etmədən, haradasa baş verən proseslərdən ruhlanırlar. Halbuki həmin proseslərin Azərbaycana heç bir dəxli yoxdur. Demək istəyirəm ki, radikal müxalifətin Azərbaycanda nəyisə dəyişdirməklə bağlı qərarları onların qərargahlarından kənara çıxmaq gücünə malik deyil".
Ə.Əhmədov bildirib ki, Azərbaycan vətəndaşları radikal müxalifətin mitinqçilik əhval ruhiyyəsini qəbul etmək istəmir: "Belə olan halda müxalifətin radikal qanadının istimai-siaysi dəstəyə malik olmadığını demək mümkündür. Baxmayaraq ki, müxalifət Azərbaycan reallığını dərk və qəbul etmək istəmir, reallıq olduğu kimi qalır. Kimlərsə nəyisə danışmaq fikrinə düşə bilər. İsa Qəmbər dərk etməlidir ki, onun və adamlarının kimlərisə ətrafına toplamaq gücü yoxdur. İsa Qəmbərin mesaj şəklində cəmiyyətə çatdırmağı nəzərdə tutduğu fikri reallaşdırmağa gücü mövcud deyil".
Radikal müxalifətin aksiya keçirmək istəyinə toxunan YAP icra katibi mitinqlərin insanların istirahət üçün seçdikləri parklarda keçirilməsinin də qəbuledilməz olduğunu dilə gətirib: "İnsanlar gözləyirlər ki, həftə sonu gəlsin və ailəsi ilə parklara gedərək istirahət etsin. Park istirahət yeridir, mitinq keçirmək yeri deyil. Konstitusiya ilə onların sərbəst toplaşmaq hüququ var, amma eyni zamanda vətəndaşların istirahət hüququ da tanınır. İnsanların istirahət hüququ heç də mitinq keçirmək hüququndan aşağı deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB