“ULU ÖNDƏR müasir Azərbaycanın qurucusudur” adlı məqalə müsabiqəsi keçirilib FOTOLAR
Bu gün YAP Yasamal rayon təşkilatının təşəbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “ULU ÖNDƏR müasir Azərbaycanın qurucusudur” adlı məqalə müsabiqəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, müsabiqəyə müvafiq elektron poçt vasitəsilə YAP Yasamal rayon təşkilatının üzvlərindən 30-a yaxın məqalə qəbul olunub.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun rəhbərliyi ilə yaradılmış müsabiqə komissiyası tərəfindən məqalələr qiymətləndirilib və ən yaxşı 3 məqalə mükafat üçün seçilib.
Müsabiqədə birinci yeri AzMİU-nun Memarlıq fakültəsinin I kurs tələbəsi Kərimova Suğra Yavər qızı, ikinci yeri BDU-nun Filologiya fakültəsinin III kurs tələbəsi Əliyeva Nigar Ramiz qızı, üçüncü yeri isə YAP Yasamal rayon təşkilatı Gənclər Birliyi Şurasının üzvü, BDU-nun Tarix fakültəsinin məzunu Xalıqov Rəşadət Balaqardaş oğlu Xalıqov Rəşadət Balaqardaş oğlu qazanıb.
Qaliblərə YAP Yasamal royun təşkilatının Fəxri Fərmanı və onlara pul mükafatları təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB