"Bizi Şuşaya aparan yol daha da güclənən Azərbaycandan keçir" Qənirə Paşayeva
“Biz inanırıq ki, Ali Baş komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Bizi Şuşaya aparan yol daha da güclənən Azərbaycandan keçir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Şəhidlərimizi rəhmət və sayğı ilə andığını dilə gətirən komitə sədri qeyd edib ki, Şuşanın simvolu Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyovun və Bülbülün heykəlləri erməni vandallığınınm qurbanıdır: “Çox istərdim ki, bu abidələr ya Şəhidlər Xiyabanına, ya da Dənizkənarı Bulvara qoyulsun. Buranı da kifayət qədər çox turist ziyarət edir. İnanıram ki, Nazirlər Kabineti bu təklifə reaksiya verəcək. Bununla bağlı bir çox həmkarlarımızın da təklifləri olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB