Gənclərin Ulu Öndərlə "Şəkilli söhbəti" - YENİ LAYİHƏ

Gənclərin Ulu Öndərlə "Şəkilli söhbəti" - YENİ LAYİHƏ

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 97 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublkası Gənclər və İdman Nazirliyi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi SƏS Media Qrupla birgə yeni layihə təqdim edir. Ulu Öndərin həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin təqdim olunduğu layihədə məqsəd gənclərin, məktəblilərin Heydər Əliyev haqqında nə qədər bilgiyə sahib olduqlarını, Dahi İnsanı necə tanıdıqlarını aşkara çıxarmaqdır. Layihə müəlliflərinin fikrincə, "Şəkilli Söhbət" adlanan ideyanın məqsədi gələcəyimiz olan gənclərə müasir Azərbaycanın banisi Heydər Əliyevin mənalı ömrünün hər anını yaxından tanıtmaq, xalqın xilaskarını onlara örnək göstərməkdir.

Qeyd edək ki, aşağıda təqdim olunan hər fotoşəklin altında qısa izahı olacaq. Gənclərin fotoşəkillər haqqında daha geniş məlumat yazmaları tövsiyyə olunur.

"Şəkilli Söhbət" layihəsində iştirak etmək istəyən gənclərin diqqətinə:

Fotoşəkillər haqqında ilk münasibət yazıb Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə göndərən şəxs mükafatlandırılacaq.

Heydər Əliyevin ailə albomundan...

Gənc Heydər

General Heydər Əliyevlə bir sırada

Təhsil millətin gələcəyidir...

Ulu Öndərin əl işlərindən biri

Azərbaycanda dirçəliş başlandı, İttifaqın dotasiya almayan 3 ölkəsindən biri oldu...

Veteranlara qayğı...

Vaqiflə üz-üzə, Şuşa...

Ulu Öndər mədəniyyət nümayəndələri ilə bir arada...

Sovet İttifaqının ən yüksək kürsüsü, Heydər Əliyev danışır, hamı susur

İki dəfə Sosialist Əməyi Qəhrəmanı...

Ömür-gün yoldaşı...

20 Yanvar faciəsi günlərində xalqla bir sırada...

Nehrəm camaatı ilə görüş

Azərbaycanın müstəqillik bəyannaməsi

Bakıya möhtəşəm dönüş

Heydər Əliyevi diz çökməyə vadar edən yeganə faktor - Azərbaycan bayrağı

Dünyanın ürəyi Bakıda döyünür

Azərbaycanın həqiqətləri Avropa tribunasından səslənir

Dünyanın nüfuzlu siyasi xadimləri ilə...

Heydər Əliyevi ürəkdən güldürən Şən və Hazırcavablar

Jak Şirak iki siyasi xadim arasında özünü xoşbəxt sanır

Üzü ağ edən "qara qızıl"

Ağ Evdə Buşla...

O indi dünyanın ən xoşbəxtidir

Ailə bağlılığı...

"Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram"

Uşaqlar onun həyatı idi...

Ulu Öndər olimpiaçılarla...

Hər uğuru dəyərləndirən Lider...

İki qanad

Ölüm sevinməsin qoy

Əbədi ziyarətgah

Bütün xəbərlər Facebook səhifəmizdə