"Uğurlu kadr islahatları bundan sonra da davam etdirilməlidir" ÖZƏL-MÜNASİBƏT
"Ümumiyyətlə kadr islahatlarının uğurlu alına bilməsi üçün təyin edilən kadrların bir qədər işləməsini və nəticələr göstərməsini gözləmək lazımdır. Bu baxımdan indiyədək təyin edilən kadrlarla bağlı ciddi problem yoxdur əksinə bir çox sahələrdə ciddi uğurlara imza atılıb. Bir sözlə, ciddi dəyişikliklər vardır. Həmçinin yeni kadrların gətirdiyi dəyişikliklər cəmiyyətin və xalqın ürəyincədir. Təbii ki, bu da onu deməyə əsas verir ki, cənab Prezidentin yeni kadr təyinatları uğurludur". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.
"Korrupsiyaya qarşı mübarizə sahəsində atılan addımlara gəlincə isə dünən Milli Məclisdə Azərbaycan Respublikasının yeni Baş prokurorunun təyinatı ilə bağlı müzakirələr oldu. Cənab Prezident gün ərzində yeni Baş prokuroru Kamran Əliyevi təyin etdi, onunla görüşdü və öz fikirlərini paylaşdı. Təbii ki, dövlət başçısı yeni Baş prokurora öz tapşırıqlarını verdi. Bu da çox uğurlu bir təyinat kimi qiymətləndirilməlidir. Çünki Kamran Əliyev özü uzun illərdir məhz Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri olub. Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparıldığı və eyni zamanda yeni ruh gətirildiyi bir dövrdə bu cür şəxsin Baş prokuror təyin edilməsi işin xeyrinədir. Cənab Prezident hər zaman olduğu kimi yenə də uğurlu seçim edib və uğurlu təyinatdır. Biz əminik ki, yeni Baş prokuror bu sahəyə də canlanma gətirəcək. İstənilən halda biz düşünürük ki, kadr islahatları uğurlu aparılır və bundan sonra da davam etdirilməlidir”-deyə, A.Həsrət fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB