"Milli Məclisdə struktur və kadr islahatları aparılması zərurəti yaranıb” Sahibə Qafarova
"Milli Məclisdə struktur və kadr islahatları aparılması zərurəti yaranıb. Bununla əlaqədar artıq sərəncam imzalamışam". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
O bildirib ki, ötən 1 aya yaxın müddətdə Aparatın hər bir əməkdaşının işi təhlil edilib: "Milli Məclisin İşlər İdarəsinin və Aparatının heyəti yenidən təyin edilib. İnanıram ki, həyata keçirilən bu islahatlar parlamentin işinin daha yaxşı təşkil edilməsinə şərait yaradılacaq".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB