Prezident İlham Əliyev Səbail rayonunun Badamdar qəsəbəsində görülən işlərlə tanış olub
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi tapşırıqların icrası ilə yerində tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olub.
SİA-nın xəbərinə görə, aprelin 20-də Prezident İlham Əliyev Səbail rayonunun Badamdar qəsəbəsində görülən işlərlə yaxından tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov xüsusi sxem əsasında Səbail rayonunda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, rayonun ərazisindəki parklar və dairələr əsaslı təmir edilmiş, mədəniyyət evi, uşaq bağçası, 15 saylı poliklinika, 236 saylı məktəb yenidən qurulmuş, qəsəbədə xeyir-şər evi istifadəyə verilmiş, elektrik şəbəkəsinin yeni binası inşa edilib. 21.600 nəfər sakini olan Badamdar qəsəbəsində məhəllədaxili yolların təmirinə başlanıb. İndiyə qədər 18 min kvadratmetr yol sahəsinə yeni asfalt örtüyü döşənmiş, 12 min kvadratmetr yol sahəsində isə hazırlıq işləri başa çatdırılıb.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşdü.
Sakinlər Badamdar qəsəbəsində həyata keçirilən abadlıq və quruculuq tədbirlərinə görə dövlətimizin başçısına minnətdarlıq etdilər. Sakinlər qəsəbədə yeni məktəb binasına və uşaq bağçasının tikintisinə, qaz, su, kanalizasiya ilə bağlı bəzi işlərin görülməsinə ehtiyac olduğunu dedilər. Sakinlərin təkliflərini dinləyən Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB