"Azərbaycan həqiqətlərini bu tribunalardan istifadə edərək çatdırmalıyıq" ÖZƏL - AÇIQLAMA

"Azərbaycan həqiqətlərini bu tribunalardan istifadə edərək çatdırmalıyıq" ÖZƏL - AÇIQLAMA

"Asiya Parlament Assambleyasında Asiyanın çox aparıcı dövlətlərindən nümayəndələr iştirak edir. Artıq burada Azərbaycanın iştirak edəcəyi Parlament qrupunun heyəti də müəyyənləşdirilib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü deputat Aydın Hüseynov Azərbaycanın da üzv olduğu Asiya Parlament Assambleyasında nümayəndəsi olduğu heyətin missiyasından danışarkən deyib.

Onun sözlərinə görə, Asiya Parlament Assambleyasının 42-ə qədər üzvü var və bu assambleyada demək olar ki, Asiyanın çox aparıcı dövlətlərindən nümayəndələr iştirak edir: "Artıq burada Azərbaycanın iştirak edəcəyi Parlament qrupunun heyəti də müəyyənləşdirilib. Mən də həmin Parlament qrupunun üzvüyəm. İlk növbədə mənə etimad göstərdikləri üçün Milli Məclisin rəhbərliyinə öz təşəkkürümü bildirirəm və demək istəyirəm ki, bu, eyni zamanda bir məsuliyyətdir. Bizim fəaliyyətimiz təkcə ölkə daxili ilə məhdudlaşmır, hər bir millət vəkili ölkədən kənarda da fəaliyyətini bu kimi təşkilatların daxilində davam etdirməsi çox müsbət bir haldır".

Millət vəkili Aydın Hüseynov əlavə edib ki, bütün tribunalardan biz Azərbaycanla bağlı olan Azərbaycan həqiqətlərinə bu kimi qurumlardan, beynəlxalq institutların tribunalarından istifadə edərək çatdırmalıyıq: "Bizim Asiya Parlament Assambleyasındakı fəaliyyətimiz ilk növbədə Azərbaycanda Parlament fəaliyyətimizin bir qismini də orada davam etdirməyimizlə bağlı olacaq. Bu istiqamətdə biz bütün tribunalardan istifadə etməliyik. Bu, Azərbaycanın həm iqtisadi əlaqələrinin, həm də siyasi əlaqələrinin genişləndirilməsi üçün böyük bir məkandır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə