"Ermənistanın tez-tez mövqe dəyişməsi çarəsizliyin əlamətləridir" ŞƏRH-ÖZƏL
“Ermənistanın Rusiya XİN başçısı Sergey Lavrovun səsləndirdiyi fikirlərə sərt bəyanatı işğalçı ölkənin siyasi baxımından küncə sıxışdırıldığını açıq şəkildə göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib
O bildirib ki, Ermənistanın rəhbərliyi vəziyyətin onların xeyrinə olmadığını gördüyü üçün də son dövlər populist çıxışlar etməyə başlayıb: “ATƏT-in həmsədr ölkələrindən biri olan Rusiyanın XİN başçısının bəyan etdiyi mövqe müvafiq sənədlərdə əksini tapıb. Lakin Ermənistanın XİN başçısının bəyanata qarşı verdiyi reaksiya isə peşkarlıqdan tamamilə uzaqdır. Əgər hər hansı bir ölkə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində iştirak edir, baş verənlərdən xəbəri varsa o zaman nəyə görə sərt reaksiya verməlidir? Bu bir daha Ermənistanın böhran vəziyyətində olduğunu sübut edir”.
T. Vahabov söyləyib ki, Ermənistan rəsmi nümayəndələri tərəfindən səslənən təxribat xarakterli bəyanatlara baxmayaraq Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini davam etməlidir: “Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik baxımından Ermənistandan üstün olduğunu hər kəs bilir. Azərbaycan üçün müvafiq alətlərdən istifadə etməklə Ermənistanı istədiyi istiqamətə yönəltmək imkanları yaranıb. Hesab edirəm ki, ölkəmiz bu imkanlardan bəhrələnməli və münaqişəsinin tənzimlənməsi istiqamətindəki kursunu davam etməlidir”.
Ekspert söyləyib ki, Azərbaycanın münaqişənin həlli ilə bağlı əldə etdiyi diplomatik uğurlar ölkəmizin indiyədək həyata keçirdiyi siyasətin düzgün olduğunu göstərir: “Cənab Prezidentin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən etdiyi kurs tam doğrudur. Bunu beynəlxalq aləm də təsdiq edir. O ki qaldı Ermənistanın tez-tez mövqe dəyişməsinə, bu, onların çarəsizliyinin əlamətləridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB