Ermənistanın “Hraparak” qəzeti pzəl mənbələrinə istinadən xəbər verir ki, “Minsk qrupunun həmsədrləri növbəti Əliyev-Paşinyan görüşünə hazırlıq aparırlar”. SİA-nın məlumatına görə, adıçəkilən nəşrin qeyd etdiyinə görə, bu barədə Məmmədyarov-Mnasakanyan arasında keçirlən video-konfransda da danışılıb.
“Onlar koronavirusla bağlı mümkün əzifləmə situasiyasını gözləyirlər”, deyə yazan “Hraparak” həmçinin bildirir ki, bu məsələdə tərəflərə daha açıq oyun oynamaq çağırışını edən Rusiyanın həmsədrliyi daha çox maraqlıdır.
Mənbə “əgər koronavirusla bağlı proses uzanarsa, görüş video-bağlantı ilə də keçirilə bilərmi?” sualını da cavablandırıb və bildirib ki, o bu barədə düşünmür: “Trampın qarşıdan yayın gəlməsi və günəşin koronanı öldürməsi fikri ilə bölüşmürəm...”
Erməni nəşri görüşün mümkünlüyü ilə bağlı Ermənistan XİN-nə sorğu göndərib və hər zamankı gözlənilən cavabını alıb. “Lazım olanda biz görüşün keçirilib-keçirilməyəcəyi barədə təfərrüatları açıqlayacağıq”, erməniərin xarici işlər idarəsi cavab verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB