“Radikallar dialoqun nə olduğu anlamayacaq qədər cılız və primitivdirlər” RƏY-ÖZƏL
Cəmiyyətdə birliyin və bərabərliyin daha da möhkəmlənməsi istiqamətində iqtidar geniş və əhatəli addımlar atmaqdadır. Artıq partiyalar arasında canlı dialoqun qurulması üçün siyasi partiya sədrləri ilə görüşlər keçirilir. Artıq bu günə qədər 50-yə qədər siyasi partiya rəhbəri ilə görüşlər keçirilib. Ancaq bu dəfə də, AXCP-də və “Milli Şura” milli birliyin pozulmasına xidmət edən təxribatları ilə siyasi dialoq prosesinin uğurlarına kölgə salmağa çalışırlar. Söhbət etdiyimiz müsahiblərimiz Ə.Kərimlinin, Cəmil Həsənlinin və digərlərinin siyasi dialoqa qatılmamalarının səbəbini onların xaricdən təlimat almaları ilə əlaqələndiriblər. Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev “Səs” qəzetinə açıqlamasında bildirdi ki, bu gün siyasi sistemdə çox mühüm islahatlar gedir: “Yeni siyasi konfiqurasiya formalaşır. Artıq mühit də, məqam da, şərtlər də başqadır. Dialoqun davam etdiyi mərhələdə qarşı tərəf bir addım atırsa dövlət bunun əvəzində iki addım atır. Üstəlik, Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, hansı siyasi qüvvə demokratik dəyərləri, milli maraqları, dövlətçilik fəlsəfəsini özü üçün prioritet biləcəksə, onlarla oturub söhbət eləməyə, fikir mübadiləsi aparmağa, bütün güzəştləri tətbiq eləməyə hazırıq. Bəyan edib və ardınca da əməli addımlar atıb. Nümunələr göstərib. Mükəmməl presedentlərin əsasını qoyub. İndi baxışlar dəyişib. Qaydalar dəyişib. Həm də kardinal şəkildə dəyişib ”.
E.Musayevin sözlərinə görə, siyasi sistem və konfiqurasiya artıq fərqli komponentlərlə əhatə olunur: “İnnovativ prinsiplər prioritetə çevrilir. Siyasi qüvvələrə münasibətdə çevik və operativ xətt, mövqe nümayişi var. Bu yaxınlarda bir neçə siyasi partiya rəsmi qeydiyyata alındı. İlqar Məmmədov və Rəsul Cəfərov bəraət aldı. O gün mediadan oxudum ki, “Azadlıq” partiyasının sədri Əhməd Orucun övladı Cənab Prezidentə minnətdarlıq məktubu ünvanlayıb. Atasının müalicəsi üçün dövlətin göstərdiyi dəstək və qayğıya görə. Həmin Əhməd bəylə mən dəfələrlə üzbəüz gəlmişəm. Debatlarda, verilişlərdə. Hər zaman da fikirlərimiz çarpaz, fərqli, əks olub. Fəqət, diqqət edin: bu hakimiyyətə müxalif olmasına rəğmən onun da müraciəti, çağırışı dərhal cavablandırılıb. Daha dəqiqi, müsbət cavablandırılıb. Bunun üçün siyasi iradə lazımdır və bu iradə dövlətimizin rəhbərində var. Alqışlayıram, məlum addımı. Zatən, Prezident İlham Əliyev kimi ləyaqətli, ürəkli, qayğıkeş insandan gözlənilən budur. Başqa cür ola bilməzdi. Ölkə rəhbəri heç bir zaman vətəndaşlar arasında siyasi mənsubiyyət fərqi qoymayıb. Ayrıca, onu da qeyd edim ki, biz dövlət tərəfindən atılan bənzər addımı hüquq müdafiəçisi Oqtay Gülalıyevin timsalında da görmüşük. Heydər Əliyev Fondu, onun rəhbəri, hörmətli 1-ci vitse-prezident Mehriban xanım Əliyeva o zaman məsələni dərhal nəzarətinə götürdü və həmin şəxsin müalicəsi bu günə qədər davam edir. Yəni, presedentlər, nümunələr çoxdur. Məna, məğz, çıxarılan nəticə isə budur ki, dövlət və onun rəhbəri həqiqətən hamıya eyni gözlə baxır. Hər kəs Prezidentin, vitse-prezidentin nəzərindədir. Və məlum kontekstdə bir məsələni də qeyd eləmək yerinə düşər: Bu gün radikal siyasət xətti götürən “Milli Şura”, Əli Kərimli, Cəmil Həsənli indi görəsən haralardadır? Niyə öz dostlarının, həmfikirlərinin dadına, köməyinə çatmırlar? Mənəvi dəstək göstərməkdəmi çətindir? Ailəyə zəng edib xəbər almaqdamı çətindir? “Milli şura” bircə Gülalıyevin müalicəsi ilə bağlı arada şou yaratmağa çalışdı ki, guya yardım yığırlar. O yığılan pul da hara getdi, heç kimin xəbəri yoxdur. Yəni, deməyim odur ki, hakimiyyətlə radikal müxalifətin fərqi bax budur. Hakimiyyətdəkilər hətta siyasi rəqiblərə, onların ailələrinə də sahib çıxırlar. Radikallar isə burnunun uclarından o yananı görmürlər, hətta ən yaxın dostlarını da zərbə altında, çətinliyin məngənəsində qoyub qaçmağı bacarırlar. “Milli Şura”nın, radikal müxalifətin işi yalnız dezo və şou yaratmaq, xəyallara dalmaq və antimilli fəaliyyət göstərməkdir. Onlar insanlığın, dövlətçiliyin, dialoqun, sivil münasibətlərin nə olduğu anlamayacaq qədər kasad, cılız və primitivdirlər. Bir təşkilatın ki lideri başıpozuq, qolçomaq Əli Kərimlidir, o təşkilatın heç zaman perspektivi, sabahı, gələcəyi ola bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB