İqbal Ağazadə: "Əli Kərimli bu gün də vəziyyətdən sui-istifadə etməklə özünün tərbiyəsini göstərir"
Son günlər müxalifət partiyaları AXCP sədrinin “ev dustağı” edilməsi ilə bağlı verdiyi bəyanatlara dəstək vermədiklərinə görə Əli Kərimli tərəfdarları tərəfindən kəskin qınanırlar. Və hər gün sosial şəbəkələrdə çıxışlar edən Əli Kərimli bildirir ki, guya ona və ailə üzvlərinə qarşı təzyiqlər edilir, internet və telefon xətləri qapadılıb, yaşadığı ev nəzarətə götürülüb, yanına gələn partiya üzvləri təhdidlərə məruz qalır və faktiki olaraq o, "ev dustağı" edilib.
“Əli Kərimli heç vaxt o iblis xislətindən əl çəkə bilməycək"
Ümid Partiyasının sədri İqbal Ağazadə hazırki vaxtda kimlərsə, o cümlədən AXCP sədri Əli Kərimli bundan istifadə edərək özlərinin varlıqlarını nümayiş etdirmək istəyir: "Bu Əli Kərimlinin növbəti oyunudur. Xalq tərəfindən qəbul edilməyən və yox olduğunu ört-basdır etmək üçün növbəti oyunudur. Vəziyyətdən sui-istifadə etmək olmaz, karantin rejiminə hər hansı bir formada əməl olunmamasına qarşı çıxmaq olmaz, adamın tərbiyəsi olmalıdır. Mən ümumi karantin rejimində kiməsə əlahiddə statusun verilməsinin tərəfdarı deyiləm. Çıxmaq istəyirsə, 8103 zəng edib çıxar. Bu karantin rejimidir".
Bəli, bu karantin rejimidir və bu rejim hər kəsə aiddir və burada heç kimin əlahiddə üstünlükləri yoxdur. Ancaq görünür, Əli Kərimlini hər şeydən şou yaramaq adətindən əl çəkmir. Çünki o, bu gün siyasi arenada hörməti olmayan və küncə sıxışdırılmış siyasətçidir. Onun özü də siyasi karyerasının sonunun gəldiyini anlayır. Lakin...Azərbaycan gerçəkliyində Əli Kərimli xəyanətkarlığı var, özü də saya gəlməz xəyanəti.
Bir sözlə, xəyanəti və cinayəti, ümumiyyətlə fəaliyyətinin başlıca prinsipi kimi qəbul edən AXCP sədri Əli Kərimli öz "ənənəsini" bu gün də davam etdirmək istəsə də, yenə də qəbuledilməzdir. demək ki, onun siyasi sonu get-gedə daha da yaxınlaşır. Çünki dezinformasiya, yalan və ajiotaj üzərində qurulan “siyasətin” nəticəsi də belə olmalıdır.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB