“Hraparak”: “Parlament əməkdaşları hiddətlənirlər - deputatları test edirlər, onları isə yox”
Ermənistan parlaentinin əməkdaşları hökumətin onlara qarçşı ayrıseçkilik etməsinə, deputatlarla onları “ağlara” və “qaralara” bölməsinə qəzəbləniblər. SİA xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır. Erməni qəzetinin bildirdiyinə görə, onlar deputatların koronnavirus testindən keçirilməsinə, sadə əməkdaşların isə kənarda qalmasından hiddətlənirlər.
Nəşr digər bir məsələyə də toxunaraq yazır ki, parlamentdə koronavirusa yoluxma halı ilə bağlı informasiya olsa da, hakim “Mənim addımım” bloku bu informasiyanı rədd edir. Lakin söz-söhbətlər bu gün də gəzməkdədir.
Hakim fraksiyanın təmsilçisi Lilit Makunts yluxma halının olmadığını desə də, digər məsələyə - deputatlardan fərqli olaraq, əməkdaşların testlərdən keçirilrəməsinə ilginc münasibət sərgiləyib.
“Biz son vaxtlar parlamentdə fəal işləmişik, təəssüf ki, qəbul olunmuş kriteriyalara hər dəfə əməl etmək mümkün olmayıb, ona görə də parlament aparatı təhlükəsizlik baxımından belə bir qərar qəbul edib. Testin maliyyələşməsini parlament ödəyəcək”, deyə Makunts bildirib.
Parlamentdə fəaliyyət göstərən sadə əməkdaşlar isə deputatların sağlamlıqlarının təhlükəsizliyinin nəyə görə onların həyatlarından üstün tutulduğunu sual edir və hökumətin insanları həqiqətən də “ağlara” və “qaralara” bölündüyünü hiddətlə soruşurlar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB