"Düşmən atəşkəsi tez-tez pozmaqla Azərbaycanı provokasiyaya çəkmək istəyir" ÖZƏL-MÖVQE
"Lavrovun bəyanatından sonra Ermənistan mətbuatında, istər iqtidar, istərsə də müxalifət kuluarlarında işğal olunmuş ətraf rayonların qaytarılmayacağı haqqında bəyanatlar – qorxunun nəticəsidir. İş orasındadır kı, vaxtilə Sarkistan, daha sonra isə, Paşinyan Moskva qarşısında bu öhdəliyi götürmüşdülər. Lakin, Ermənistan daxilində hakimiyyət arxasında dayanan qüvvə hər dəfə sülhə, Madrid prinsiplərində qəbul edilmiş ətraf rayonların qaytarılmasına ciddi şəkildə mane olurlar". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, Ter-Petrosyanın, Sarkisyanın aqibətləri hamıya məlumdur: "2016 –cı ilin aprel döyüşlərindən sonra Serj Sarkisyan ən azı 4 rayonun qaytarılması üçün “küncə dirənmişdi”. Sonrakı aqibəti – inqilabla bitdi.
Məntiqlə, ətraf rayonların qaytarılmasını icra edə bilməyən Sarkisyanı Paşinyanın əvəzlənməsindən sonra problem həllini tapmalı idi. Yadınızdadırsa, bizim tərəfimizdən də Nikola vaxt verilmişdi və kifayət qədər səbr də nümayiş etdirilmişdi. Paşinyan mərhələli həlli Qarabağın yeni “liderləri” ilə həll etməli olduğu vaxtda, bu gün Ermənistanın daxilində baş verənlər tarixin təkrarlanmasını göstərir.
O ki qaldı, Lavrovun bəyanatına. Rusiya XİN rəhbəri əslində danışıqlar masasında müzakirə edilən həll variantını bir daha səsləndirdi. Bu bəyanatda qeyri – adi heç bir şey yoxdur. Məlumun elanı olan, sülhün əldə edilməsi üçün birinci mərhələdə ətraf rayonların qaytarılması, nəqliyyatın və digər komunikasiya vasitələrinin açılması uzun illərin müzakirə predmetidir.
Və sonda. Münaqişənin nizamlanması kifayət qədər çətin prosesdir. Bu çətinliyə erməni oyunları xüsusi təsir edir. Birincisi, Rusiyanın cənubunda yerləşən Cənubi Qafqazda, öz maraqlarını həyata keçirmək istərən Anqlo –sakson dünyası 1915,1918, 1920 və 1980 –ci illərdə olduğu kimi, indi də eyni ssenari üzrə hərəkət etməkdədirlər. Bu ssenariyə əsasən, Ermənistanın daxilindəki müəyyən qüvvələr, Rusiyadakı ermənilər Rusiyanın zəiflədilməsi istiqamətində fəal şəkildə iş aparmaqdadırlar. Bu gün cəbhə xəttində ermənilər tərəfindən atəşkəsin tez – tez pozulmasının arxasında Azərbaycanı provokasiyaya çəkmək dayanır. Cəbhədə vəziyyətin müharibə istiqamətində dəyişməsi isə, İran və Rusiyaya indiki halda sərf etmir. Bu, bölgəyə regiona aid olmayan hərbi qüvvələrin yeridilməsi ilə yekunlaşa bilər. İkincisi, ermənilərin sözünə qulaq asmanan və onlara mane olan Krasnodar vilayətinin qubernatoruna qarşı artıq bir müddətdir ki, Rusiyadakı erməni fəallar tərəfindən hücum edilməkdədir. Bu hücumlara Russia TODAY –in başçısı Margarita Simonyan başçılıq edir. ( bu haqda bu günlərdə rus dilində yazı ilə çıxış edəcəm). Məsqəd, bu posta erməniəsilli Sergey Qaliskini gətirməkdir. Rusiyada son zamanlar KİV və İT sahəsində strateji postlara ermənilərin yerləşdirilməsi təsadüfi deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB