“Azərbaycan xalqı Sizin kimi müdrik Prezidenti ilə fəxr edir” Əməkdar müəllim

“Azərbaycan xalqı Sizin kimi müdrik Prezidenti ilə fəxr edir” Əməkdar müəllim

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. SİA Biləsuvar rayon sakini, əməkdar müəllim Fail Məmmədovun ölkə başçısına ünvanladığı minnətdarlıq məktubunu təqdim edir:

Əziz və hörmətli Prezident.

Dünyanı bürümüş koronavirus pandemiyasına qarşı respublikamızda Sizin tərəfinizdən həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəmizin bütün əhalisi tərəfindən çox böyük razılıqla qarşılanır. Məhz Sizin məqsədyönlü tədbirləriniz nəticəsində xalqımız bu bəladan uğurla qorunur. Sevinirik ki, vətənimiz Azərbaycan hazırda bu pandemiyadan ən az zərər çəkən ölkələr sırasındadır. Bu, bir daha göstərir ki, Azərbaycan Prezidenti həmişə öz xalqının yanındadır, onun sağlamlığı dövlət başçısı üçün ən prioritet məsələdir.

Sizin tərəfinizdən biz həkimlərin fədakar əməyinə verdiyiniz yüksək qiymət, atdığınız sosialyönümlü addımlar ziyalılar, tibb işçiləri və bütün əhali tərəfindən hədsiz razılıq hissi ilə qarşılanır. Sizin bu qətiyyətli addımlarınız xalqımızın ağır fəsadlar törədə biləcək pandemiyadan tezliklə və az itkilərlə çıxacağına böyük əminlik yaradır.

Möhtərəm Prezident, Azərbaycan xalqı Sizin kimi müdrik Prezidenti ilə fəxr edir. Siz buna layiqsiniz. Siz, sözün həqiqi mənasında, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Biz ziyalılar Sizin ən yaxın silahdaşınız, xalqımızın sevimlisi Mehriban xanım Əliyevanın da yorulmaz fəaliyyətini yüksək qiymətləndiririk. İnanırıq ki, Sizin qətiyyətli addımlarınız tezliklə öz bəhrəsini verəcək, xalqımız bu böyük bəladan da uğurla çıxacaqdır.

Səhiyyə sahəsində uzun illər çalışan bir insan kimi şəxsən öz adımdan və bütün ailə üzvlərimin adından Sizə bir daha minnətdarlığımı bildirirəm. Qoy, Uca Tanrı xalqımızın rifahı naminə daim Sizi qorusun.

Bütün xəbərlər Facebook səhifəmizdə