Cənab Prezident koronavirusun başladığı andan bu günə qədər çox yüksək iş qabiliyyəti nümyiş etdirir və gördüyü tədbirlər, aldığı qərarlar nəticəsində pandemiyanı cilovlamaq və qısa müddətdə tam nəzarət altına almaq mümkün oldu. Bu sözləri SİA-ya müsahibısində politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, bu birmənalı söyləmək mümkündür ki, Azərbaycan insanı, Azərbaycan xalqı başqa ölkələrlə müqaisədə pandemiyanın doğurduğu mənfi nəticələri çox az itgi ilə arxada buraxacaq.
“Prezidentin sosial xarakterli aldığı qərarlar daha çox diqqəti çəkir. Çünki bu bilavasitə, belə deyək, karantin rejiminin, onun sərtləşdirilməsi nəticəsində və insanların təcridetmə kompaniyasına qoşulması nəticəsində, evdə qal prinsipinin həyata keçirilməsi nəticəsində həm orta və kiçik sahibkarlığa, həm də əhalinin az təminatlı hissəsinə dəyən ziyanların dövlət tərəfindən ödənilməsinə başlanılması ilə əlaqədardır. Ölkə Prezidenti lap əvvəldən pandemiya ilə mübarizə fonduna 2,5 milyard manat pul köçürdü öz ehtiyat fondundan, daha sonra isə bu məbləği 1 milyard manat da artırdı. Bu həqiqətən böyük məbləğdi və bu imkan verir ki, işsizlərə, işdən məhrum olanlara, aztəminatlı ailələrə ən azı iki ay 190 manat məbləğində müavinət ödənilsin. Əvvəl tutalım ki, 200 min nəfərə kompensasiya verilməsi nəzərdə tutulurdusa, sonradan bu rəqəm 600 minə qaldırıldı. İndi də işin gedişində aparılan uçot nəticəsində bu rəqəm daha da böyüyə bilər və 600 mindən də çox ola bilər. Üstəlik də təxminən 60 min nəfər üçün belə deyək, müvəqqəti iş yerləri açılır. Bu müvəqqəti iş yerlərində də maaş 300 manatdan artıq olacaq. Yəni işsiz əhalinin belə deyək bələdiyyələrdə, icra hakimiyyətində rayonlarda və şəhərlərdə görülən mövsümi işlərə cəlb edilməsi nəticəsində müvəqqəti iş yerləri yaradılacaq və beləliklə əhalinin sosial təminatı istiqamətində daha bir istiqamət açılmış olacaq. Mənim zənnimcə Prezident birinci növbədə ölkə əhalinin sağlamlığını gözləyir, sonra da onların maddi rifah halının diqqətdə saxlanılmasını izləyir və bütövlükdə əhalinin, bütün dünyanı bürüyən bu fəlkətdən sağ-salamat çıxıb maddi rifah içərisində pandemiyadan sonrakı dövrə qovuşmasını istəyir. Cənab Prezidentin ünvanına gələn minnətdarlıq məktubları da xalqın ona olan hörməti-izzətini və eyni zamanda xalqımızın pandemiyaya qarşı mübarizədə Prezidentin ətrafında sıx birləşdiyini göstərir”, deyə Qabil Hüseynli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB