Müxalifət partiyalarının bu dəfəki formatı çox uğursuz alınıb. Heç cür cəmiyyətə özünü təqdim edə bilmir. Mitinqlərdən qabaq nə qədər təbliğat aparırsa-aparsın, beynəlxalq təşkilatların nüfuzunu xərcləyir-xərcləsin yenə məqsədinə çata bilmir. Yazıq xaricilər də müxalifətin yalançı mitinq təşviqatından sonra okeanın lap o tayından basa-basa gəlirlər Azərbaycana yenə də bir şey alınmır. Müxalifətin cəm olduğu İctimai Palata adlı qurum özünü təsdiq edə bilmir, necə deyərlər, siftəsi daşa dirənib.
Amma haq-ədalət naminə deyək, qəzetlərdə elə şeylər yazırlar ki, lap adamın inanmağı gəlir. Yazırlar ki, "hakimiyyət Bakıya qoşun yeritdi", "minlərlə mitinq iştirakçısı Sahil bağına daxil olmağa çalışır", "Bakını "azadlıq" sədaları bürüdü", "hakimiyyət geri çəkilir" və sair. Amma 250-300 jurnalistin gözü qarşısında baş verən olayları fərqli şəkildə təqdim etməyin nə mənası var? Axı heç kim kar, kor deyil. Baş verənləri təhrif olunmuş şəkildə yazmaq və bu yalanlarla dolu qəzet buraxmaq ən azından 135 yaşı olan bu ahıl və müdrik mətbuatımızın nüfuzunu aşağılamaqdır. Məgər hakimiyyət paytaxta qoşun yeritmişdi? Harada idi, biz niyə görmədik? Bəs hər gün məmurların hasarı üstündə "ları xoruz" kimi oturub onların evindən reportajlar hazırlayan paparatsiləriniz hardadır, niyə həmin qoşunun şəklini çəkib bizə göstərmirlər? Hanı minlərlə mitinq iştirakçısı, halbuki, Sahil bağında bu sətirlərin müəllifi qarışıq cəmi 300-350 adam olardı. Həmin kütlənin də 200-250-si jurnalist, yerdə qalanları isə polislər idi. İctimai Palatanın "qəhrəman mitinqçiləri" isə gözə dəymirdi.
Amma insafla desək, biri öz ayağı ilə bizim yanımıza qədər özünü yetirə bilmişdi. Lap Daranın məğlubiyyətini yunan çarına yetirən marafonçu kimi. Çox həyəcanlı idi, təəccüblənirdi ki, onu əvvəlcə "həbs" etmişdilər, sonra isə buraxmışdılar. Dil-boğaza qoymurdu. "Bizi yaman aldatdılar", kimi sözləri tez-tez təkrar edirdi. Kim-kimi aldatmışdı, bu qardaş nədən danışırdı, bunu bir azdan biləcəksiniz. Özünü "8a" qrupunun üzvü kimi təqdim edən ucarlı-müsavatçı Sənani Hüseynov lap çaş-baş qalmışdı. Soruşanda ki, "8a" nə deməkdir, bidirdi ki, bu ad bizə hansı dəstədən olduğumuzu bildirir.
- Məsələn, mən 8-ci mikrorayon təşkilatının üzvüyəm. Ona görə də mənim təmsil olunduğum dəstə "8a" adlanır. Bizim konkret tapşırığımız var, biz "azadlılq", "istefa" deyə-deyə mitinq keçirəcəyimiz meydana girməli idik, qalanları isə ona tapşırılan yerlərdə eyni işi görməlidir. Beləliklə, polisləri çaş-baş salmalıyıq ki, liderlər əsas qruplarla maneəsiz olaraq mitinq yerinə daxil ola bilsinlər.
- Bəs sizin liderləriniz niyə gəlmədilər?
- Görünür məsləhət belə olub.
- Görürsən, indicə dedin ki, məni həbs etdilər, sonra yazıqları gəldiyindən buraxdılar. Bəlkə səni asayişi pozduğuna, icazəsiz aksiya keçirdiyinə görə, həbs edəydilər. Onda sənin ailənə kim baxacaqdı, yoxsa səndən sonra onların qayğısına liderləriniz qalacaqdı?
- Yox sən düz demirsən, biz mütləq qalib gələcəyik.
- Kimə qalib gələcəksən? Bir mitinq keçirə bilmirsiniz, hakimiyyətə necə gələcəksiniz? Belə çıxır ki, sənin işin olsa, gəlib mitinq keçirməzsən, eləmi? Bir iş yeri üçün hakimiyyət çevrilişimi lazımdır?
- Mən bilmirəm…, amma bizi bu dəfə də aldatdılar, özləri polislə orda-burda danışıb özlərini həbs olunmuş kimi göstərirlər. Biz də onlara inanırıq. Belə getsə…
- Nə etmək istəyirsən? Deyirdin mütləq hakimiyyətə gələcəyik, nə oldu fikrini niyə dəyişdin?
"8a" dəstəsindən olan müsavatçı "nə bilim?" deyib yazıq-yazıq köks ötürdü.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB