Elşad Mirbəşiroğlu: “Radikal müxalifətin növbəti mitinq cəhdi onların iflasa uğradığını bir daha göstərdi”
"Əgər radikal müxalifət sabitliyi pozmağa meyllidirsə, onların gələcəkdə də bu cür addımlar atması gözləniləndir". Bu sözləri politoloq Elşad Mirbəşiroğlu SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, burada əsas məsələ bu cür cəhdlərin nəticə verməsidir ki, göründüyü kimi radikal müxalifət artıq bir neçə dəfə buna cəhd etsə də heç bir nəticə əldə edə bilmir. Onun sözlərinə görə, məhz bu səbəbdən də müxalifət atdığı addımdan və onun aqibətindən nəticə çıxarmalıdır.
"Göründüyü kimi onlar heç bir nəticə əldə edə bilmirlər və onların aksiya keçirmək cəhdləri də iflasa uğrayır. Ötən gün bir daha təsdiq olundu ki, Azərbaycanda radikalizmə, dağıdıcılığa yer yoxdur. Hesab edirəm ki, müxalifətin bundan sonra da aksiya keçirmək cəhdi ola bilər. Lakin yenə də nəticə verməyəcək, iflasa uğrayacaq. Çünki aprelin 17-də qanunsuz, məqsədi, iştirakçısı, şüarı bilinməyən mitinq cəhdi radikal müxalifətin tam iflasa uğradığını, onun heç bir sosial bazasının olmadığını açıq göstərdi",- deyə politoloq qeyd edib.
E. Mirbəşioğlu vurğulayıb ki, radikal müxalifətin nəinki ötən günki cəhdi, ümumiyyətlə, mart ayından başlayaraq onların mitinq keçirmək cəhdləri iflasa məhkum olduqlarını göstərdi: ""Onlar sadəcə pozuculuq fəaliyyətilə məşğuldurlar. Mitinq cəhdi radikalların pafoslu bəyanatlarının ictimai rəyi çaşdırmaq, öz azsaylı tərəfdarlarını ürəkləndirmək məqsədi daşıdığını bir daha təsdiq etdi".
Qeyd edək ki, aprelin 17-də radikal müxalifət növbəti dəfə mitinq keçirməyə cəhd edib. Aksiya zamanı ictimai qaydaları pozan 65 nəfəri saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB