"Azərbaycan Prezident İlham Əliyevin timsalında dünyaya örnəkdir" RƏY-ÖZƏL
“Dünyada ən yaxşı səhiyyə sistemlərinə malik olduqları bütün günü informasiya hücumları ilə beyinlərə ötürülən Qərb dövlətlərində pandemiya böyük itkilər yaradır. Təsəvvür edin ki, İtaliya, İspaniya, ABŞ kimi böyük dövlətlər pandemiya qarşısında kütləvi yoluxuculuq və ölümlərə görə acizdir. Artıq Qərbdəö Avropa İttifaqı və NATO ilə bağlı ciddi narazılıqlar səslənir. Lakin Azərbaycan bir model kimi sözün həqiqi mənasında dünyaya dərs keçir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin timsalında dünyaya örnəkdir: “Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan digər ölkələrə model kimi təqdim olunur. Çünki ölkəmiz tərəfindən pandemiya ilə bağlı qabaqlayıcı tədbirlər nəticəsində qorxulu rəqəmlərin ortaya çıxmasını əngəlləndi”.
Politoloq söyləyib ki, həm ölkə başçısının çevik reaksiyası ilə formalaşdırılan Nazirlər Kabineti yanında Operativ Qərargahın mükəmməl iş sistemi, həm Azərbaycan səhiyyəsi üçün yaradılan imkanlar, həm də dünyada bir ilk olan Koronavirusla Mübarizə Fondunun yaradılması və cəmiyyətin ölkə rəhbərliyi ilə həmrəyliyi fonunda Fondun ianələrinin böyüməsi ilə yanaşı Prezident İlham Əliyevə hər gün yazılan sayısız minnətdarlıq, dəstək məktubları dünyadakı panika ab-havasının əksini göstərir: “Azərbaycan xalqı dövlətin atdığı addımları dəstəkləyir, tədricən gücləndirilən xüsusi karantin rejiminə əməl edir. Azərbaycan həkimləri, polisləri və bütün sosial ön cəbhə fərdləri ilə həmrəylik nümayiş etdirərək bəlaya qalib gələcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB