"Azərbaycan dövləti üçün insanların sağlamlığı hər şeydən üstündür" AÇIQLAMA-ÖZƏL
“Prezident İlham Əliyevin Nazirlər Kabinetinin I rübün yekunları ilə bağlı keçirilən müşavirəsində çıxışından bir daha aydın oldu ki, Azərbaycan hakimiyyəti, dövləti üçün insanların sağlamlığı hər şeydən üstündür. Bu çıxış hər bir vətəndaşa verilən qiymətin mühüm göstəricisidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
O bildirib ki, Azərbaycan tərəfindən istər pandemiya ilə mübarizə, istər ölkə iqtisadiyyatının sabitliyi, istərsə də vətəndaşlarımızın sosial rifahı istiqamətində atılan addımlar, təxirəsalınmaz qərarlar dünya ölkələri üçün nümunədir: “Prezident İlham Əliyevin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin, daha sonra isə 65 yaşından yuxarı olan vətəndaşlara sosial xidmət göstərən işçilərin sosial müdafiəsinin gücləndirilməsi, həssas ailə qrupuna daxil olan tələbələrin 1 illik təhsil haqqının ödənməsi ölkə başçısının onların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir”.
Deputat vurğulayıb ki, ölkə başçısının milli valyuta ilə bağlı verdiyi açıqlama da cəmiyyətdə yaranmış müəyyən narahatlığa da son qoydu: “Prezidentin ölkə iqtisadiyyatının gələcək perespektivləri ilə bağlı tapşırıqlara, makroiqtisadi vəziyyətin sabit saxlanılması ilə bağlı verdiyi tövsiyyələrə əsaslanaraq əminliklə söyləyə bilərik ki, Azərbaycan bir çox dövlətlərlə müqayisədə yaranmış vəziyyətdən üzüağ çıxacaq. Hər bir ölkənin uğurlu inkişafı ilk növbədə aparılan siyasətin məqsədyönlülüyündən və hədəflərin düzgün müəyyənləşdirilməsindən asılıdır. Cənab İlham Əliyevin siyasi islahatların aparılması ilə bağlı söylədiyi fikirlər Azərbaycanın yeni inkişaf mərhələsinə inamla keçdiyini göstərir. Dünyanı cənginə almış pandemiya dövründə xalq və dövlətin vəhdət şəkildə addım atması, verilən qərarlara sayğı ilə yanaşma, o cümlədən aidiyyəti qurumların vətəndaşlara olan münasibəti, operativ şəkildə məlumatlandırma, sosial vəziyyətin normallaşdırılması yönündə verilən qərarlar vətəndaş və dövlət arasında qarşılıqlı anlaşma və birliyin göstəricisidir”.
M.Məmmədli qeyd edib ki, Azərbaycanın siyasi arenasında gəncləşmə, kadr dəyişiklikləri, müxalifət nümayəndələrinin Parlament rəhbərliyində, komitələrdə təmsil olunması bir daha sübut edir ki, istənilən konstruktiv siyasi qüvvə üçün qapılar açıqdır: “Ölkənin inkşafına, onun milli maraqlarına zərbə vurmağa çalışan destruktiv qüvvələr isə həmişəki kimi iflasa məhkumdur. Əminliklə söyləyə bilərik ki, bu birliyə heç bir şəxsi maraqlarını güdən siyasi qüvvələr xələl gətirə bilməz. Dövlət başçısı İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulub. Cənab İlham Əliyevin müşavirədə etdiyi çıxış bir daha sübut etdi ki, Azərbaycan güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malikdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB