Bakcell-in istifadəçiləri olan abituriyentlər də imtahan nəticələrini öyrənə biləcəklər
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ötən gün respublikanın 29 şəhərində sınaq imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahanın idarə olunması üçün komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılıb.
Həftə ərzində nəticələrin komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə də öyrənə biləcəklər. Belə ki, nəticələr elan olunduqda Azercell şirkəti ilə yanaşı, Bakcell mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə imtahan nəticələrini öyrənə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB