ABŞ Senatı Konqresinin daxili təhlükəsizlik və hökumət məsələləri üzrə komitəsi koronavirusun yaranması və yayılması prosesində Çinin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hans rol oynamaları ilə bağlı araşdırmalara başlayacaq. SİA xəbər verir ki, bu haqda komitənin sədri Ron Conson Politico nəşrinə müsahibəsində deyib.
Senatorun sözlərinə görə, o və həmkarları virusun yaranması və yayılması, eləcə də götürülən ölçülərin öyrənilməsinə başlayacaqlar. Həmçinin Pekinin və ÜST-nın virusun yayılmasının qarşısının alınması üçün göstərdikləri səylərinin də hansı nəticələr verməsi yoxlanılacaq. “Bütün bunlar harada başlayıb? İnfeksiyanın heyvandan insana keçməsinin yeri olubmu? Yoxsa o Çindəki laboratoriyadan sızıb? Çünki orada xoşməramlı məqsədlərlə koronavirusların digər tiplərinə qarşı dərmanlar hazırlanırdı. Biz həm də öyrənməliyik ki, ÜST virusun yaranmasınının gizlədilməsi məsələsində hansı rolu oynayıb”, komitə sədri bildirib.
Onun sözlərinə görə, ABŞ ərazisində virusla mübarizə zamanı individual qorunma və tibbi avadanlıq qıtlığı, onfeksiya ilə mübarizədə istifadə edilən dərmanlarla bağlı səbəblər də araşdırılacaq.
Araşdırma iştirakçılarından olan senator Rik Skott isə nəşrə deyib ki, onlar kommunist Çinə etibar edə bilməzlər: “Biz həm də öyrəndik ki, ÜST-ə də etibar edə bilmərik, çünki onlar bizə yalan danışıblar”, amerikalı senator bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB