"Həyata keçirilən islahatlar Nazirlər Kabinetinin də fəaliyyətinə stimul verir" Əli Əsədov

“İndiyədək Nazirlər Kabineti ilə Milli Məclisin birgə uzlaşdırılmış fəaliyyəti bütün sahələrdə vahid dövlət siyasətinin həyata keçirilməsini şərtləndirib”. SİA-nın xəbərinə görə, bu fikirləri Baş Nazir Əli Əsədov Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda bildirib. deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

Ölkə başçısı tərəfindən həyata keçirilən struktur və kadr islahatlarının digər qurumlar kimi, Nazirlər Kabinetinin də fəaliyyətinə stimul verdiyini deyən Ə. Əsədov vurğulayıb ki, 2019-cu il Azərbaycan üçün islahatlar ili kimi yadda qalıb.

O qeyd edib ki, əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində 2019-cu ildə Azərbaycan “Doing Bizness” hesabatında ən islahatçı 20 ölkə arasında yer alıb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə