Elton Məmmədov: “Radikal müxalifətin əsas məqsədi ölkənin imicinə beynəlxalq səviyyədə zərər gətirməkdir”

Elton Məmmədov: “Radikal müxalifətin əsas məqsədi ölkənin imicinə beynəlxalq səviyyədə zərər gətirməkdir”
Milli Məclisin bu günkü iclasında millət vəkili Elton Məmmədov müxalifətin bazar günü keçirəcəyi mitinqə münasibət bildirib. SİA-nın məlumatına görə, çıxışı zamanı İctimai Palatanı gərginlik yaratmaqda ittiham edən E. Məmədov müxalifətin aksiyalarının dinc xarakter daşımadığını deyərək güc strukturlarının bu yöndəki fəaliyyətini dəstəkləyib. "Hüquq mühafizə orqanlarının bu məsələnin qarşısını alınması istiqamətində gördükləri işi dəstəkləyirəm. Ona görə ki, onlar qanunsuz olan hər bir şeyə qarşı mübarizə aparırlar. Radikal müxalifətin əsas məqsədi ölkənin imicinə beynəlxalq səviyyədə zərər gətirməkdir. Buna etirazımı bildirirəm", -deyə deputat qeyd edib. Millət vəkili ölkə telekanallarının müxalifətin aksiyasından görüntülər yaymasını tənqid edib. "Bəzi özəl telekanallar radikal müxalifətin bu aksiyalarını dönə-dönə təkrarən yayımlayırlar. Bu isə bu xalqı çaşdırır. Bununla mübarizə aparmalıyıq", -deyə E.Məmmədov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə