"Qondarma "seçki" Ermənistan siyasətinin mahiyyətini bir daha ortaya qoydu" ŞƏRH-ÖZƏL

“Ümumiyyətlə aparılan müşahidələr göstərir ki, qondarma Dağlıq Qarabağda keçirilən “seçki”lərə beynəlxalq siyasətçilərdən, ölkələrdən heç kim qatılmayıb. Hətta etmənipərəst siyasətçilər, QHT nümayəndələri belə qondarma tədbirdə iştirak etməyiblər”.Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

“Seçki”lərin demək olarki qapalı şəkildə keçirildiyini deyən politoloq söyləyib ki, bundan əvvəl atılan bu kimi addımların heç bir mənası olmurdusa, budəfəki “seçki” tam nənasız və heç bir təsirə malik deyil.

Təəssüfünü ifadə edən ekspert bildirib ki, yerli qondarma hakimiyyət və onların havadarları dünyada koronavirus pandemiyasına qarşı aparılan mübarizəyə baxmayaraq, öz oyunlarından əl çəkmirlər: “Bu bir daha göstərir ki, separatçı öz siyasi məqsədini insanların həyatında da üstün tutur və bununla da Ermənistanın siyasətinin mahiyyətini açıqlayır. Düşmən ölkəyə insanların həyatı, güzəranı deyil də, yanlış ideyalar, məqsədlər vacibdir”.

İ. Vəlizadə söyləyib ki, aprelin 14-də qondarma “seçki”lərin ikinci turunun keçirilməsindən yerli əhali narazılığını bildirir: “ Çünki bildiyniz kimi pandemiya Dağlıq Qarabağda da müşahidə olunur. Belə bir vəziyyətdə “seçki”lərin ikinci turunun keçirilməsi bir daha onların siyasi məqsədlərinin hər şeydən üstün olduğunu sübut edir”.

Politoloq qeyd edib ki, “seçki” oyunu nə regiona, nə də Dağlıq Qarabağ münaqişəsinə heç bir təsir edə bilməyəcək: “Ermənistanla Xankəndi arasında ziddiyətlər artacaq. Çünki “Qarabağ klanı”nın nümayəndələrinin “uğur” qazanması İrəvan tərəfindən müəyyən addımlar atıla bilər. Lakin ümumiyyətlə götürdükdə, indiki qondarma rejminin “rəhbər”liyinə olan namizəd bizneslə məşğul olan biri olduğu üçün bu, İrəvanla Xankəndi arasında nüfuz, siyasi alverə gətirib çıxara bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...