Təmas xəttində monitorinq dayandırıldı Koronavirusa görə

Təmas xəttində monitorinq dayandırıldı Koronavirusa görə

ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində koronavirus təhlükəsi ilə bağlı monitorinq prosesini dayandırıb. “Yeni növ koronavirusun yayılmasından sonra yaranan situasiya bütün regionda beynəlxalq sərhədlərin bağlanmasına səbəb olub, yerli və beynəlxalq işçilərin hərəkətlərində məhdudiyyətlər olub və bu, koronavirusun yayılması ilə bağlıdır”, ATƏT-in rəsmi saytında Kasprşikin bəyanatında bildirilib.

“Bütün bunları nəzərə alaraq və tərəflərlə müzakirələrdən sonra monitorinq dayandırılacaq. Eyni zamanda mən müvafiq hərbi dairələrlə rabitədə olacam”, Kasprşik deyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə