"Serbiyanın özü xarici ölkələrdən silah və sursat alır" RƏY - AÇIQLAMA
"Serbiya hərbi texnika baxımından inkişaf etmiş ölkə sayılmır. Serbiya Respublikasının özü xarici ölkələrdən silah və sursat alır". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə eksper Zaur Məmmədov Serbiya Respublikasının Ermənistanla hərni sahədə əməkdaşlığı məsələsini şərh edərkən deyib.
O bildirib ki, Ermənistan Respublikasının dünyanın müxtəlif ölkələri ilə hərbi əməkdaşlığına nəzər salsaq kifayət qədər kiçik və cılız rəqəmlərin şahidi olarıq: "Ermənistanın bugünkü ordusu və eyni zamanda Qarabağdakı separatçı rejimlər əsasən bir ölkədən silahla təhciz olunurlar. Ermənistanın partnyor müstəvisində Rusiyadan aldığı silah və sursatlar böyük üstünlük təşkil edir. Ayrı-ayrı kütləvi informasiya vasitələri müstəvisində Ermənistanın bəzi Avropa ölkələri ilə hərbi-texniki əməkdaşlığından yazılması təbii ki, şişirdilən məlumatlardan ibarətdir".
Ekspert vurğulayıb ki, Serbiyanın özü də hərbi texnika baxımından kifayət qədər inkişaf etmiş ölkə sayılmır: "Serbiya Respublikasının özü xarici ölkələrdən silah və sursat alır. Bu ölkələrin siyahısında da Rusiya üstünlük təşkil edir. Lakin, Azərbaycan kifayət qədər hərbi texnika baxımından güclü dövlətlərlə əməkdaşlıq edir. Azərbaycanın kifayət qədər güclü ordusu var. Ermənistandan fərqli olaraq bizim bir çox ölkə ilə hərbi əməkdaşlığımız var. Bu ölkələrə Rusiya, İsrail, Türkiyə, Pakistan və digər inkişaf etmiş ölkələr daxildir. Hansı ki, onlar ən qabaqcıl silahlarla Azərbaycan ordusunu təhciz edirlər.
Türkiyə ordusunun yaxın zamanlarda İdlibdə həyata keçirdiyi hərbi əməliyyatlar, hərbi texnikaları dünyada şok effekti yaratdı. Azərbaycan artıq bir neçə ildir ki, Türkiyə ilə hərbi-texniki cəhətdən əməkdaşlıq edir. Elə dünən də Müdafiə Naziri Zakir Həsənovun bildirdiyi kimi, bu əməkdaşlıq hələ davam edəcək. Nəticədə demək olar ki, Ermənistanın dünyanın ayrı-ayrı ölkələri ilə hərbi-texniki əməkdaşlığa can atması reallıqdan uzaqdır. Ermənistanın buna nə büdcəsi imkan verə bilər, nə də ayrı-ayrı ölkələr Ermənistanla bu qədər yaxın əməkdaşlığa gedə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB